İran ABŞ-ı hədələdi: "Bu hələ ilk addımımızdır!"
Posted on : Digər sahələr 10/16/2017 1:00:32 PM
İran parlamentinin spikeri Əli Laricani mövzu ilə bağlı açıqlamalar verib.
Türliyə
mediasına istinadən, İran ABŞ-ın tətbiq etdiyi sanksiyalara cavab olaraq şəxsi
raket proqramının inkişaf etdirilməsi üçün 520 milyon dollarlıq vəsait ayırıb.
İran
parlamentinin spikeri Əli Laricani mövzu ilə bağlı açıqlamalar verib. O deyib
ki, "Amerikalılar bilməlidir ki. bu bizim ilk addımımızdır. Qəbul olunan
qanun layihəsi ABŞ-ın regiondakı terrorçu planlarına qarşı atılmış
addımdır."
Daha əvvəl ABŞ
rəhbərliyi İran vətəndaşı olan 18 nəfər və təşkilata Tehranın balistik raket
proqramına dəstək verdiyini səbəb göstərərək yeni sanksiya tətbiq etmişdi.
Tehran isə
Vaşinqtonun sanksiyalarını pisləyərək Amerika vətəndaşlarına və şirkətlərə
qarşı sanksiyalar tətbiq edəcəyini bildirdi./ İslamazeri.com