Yəmən ordusu səud muzdurlarının mövqelərinə raket hücumu edib
Posted on : Digər sahələr 10/16/2017 1:00:32 PM
Yəmənli mənbələr Əlcuf vilayətində Ərəbistan muzdurlarının toplantı mərkəzinə bir ədəd "Zəlzal-2" raketinin atılmasından xəbər veriblər.
Təsnim xəbər
agentliyinin məlumatına görə, Yəmənin ordusu və xalq komitələrinin raket bölməsi
bir ədəd "Zəlzal-2" raketi ilə Ərəbistan muzdurlarının "Xabb və
Əşşəəf bölgəsindəki toplantı mərkəzini darmadağın edib. Nəticədə bir qrup səud
muzduru ölüb və ya yaralanıb.
Bir hərbi
qaynaq da belə deyib: Yəmənin ordusu və xalq komitələri qüvvələri Həccə vilayətində
yerləşən Midi sərhəd məntəqəsinin şimalında səud muzdurlarının bir ədəd
avtomobilini məhv ediblər.
Yəmənin ordusu
və xalq komitələri son həftələrdə Ərəbistanın Cizan və Nəcrandakı sərhəd məntəqələrində
səud hərbçilərinin bazaları və mövqelərini ağır raket və artilleria hücumlarına
məruz qoyublar. Nəticədə bir qrup səud muzduru ölüb və ya yaralanıbdır.
Ərəbistan
2015-ci ilin martından bəri Yəmənə qarşı hücumlar həyata keçirir. Bəhanəsi də,
Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbuh Mənsur Hadini hakimiyyətə
qaytarmaqdır. Bu hücumlar Yəmənin infrastrukturlarını dağıtmaqdan əlavə, təqribən
40 min yəmənlinin həlak olması və yaralanması ilə nəticələnib.