Ayətullah Müctəhidinin İmam Rzaya (ə) təvəssül haqda maraqlı xatirəsi
Posted on : Digər sahələr 10/16/2017 1:00:32 PM
Mərhum Ayətullah Müctəhid öz söhbətlərinin birində Həzrəti İmam Rza (ə)-ın xeyir duası məsələsinə işarə edib.
Peyğəmbər (s) və
pak Əhli Beyti (ə) barəsində, onların kəraməti barəsində olan mövzular öz təsdiqini
tapıb. 1400 ildən artıqdır ki, bütün
islam alimləri öz tövsiyələrində müsəlmanların bu pak ünvandan möhkəm yapışmağı
və həyatlarının hər anında bu mübarək ünvandan bəhrələnməyi təkidlə
tapşırmışlar. Tövsiyə olunur ki, nəinki şəhadət və ya doğum günlərində, hətta
ömürlərinin hər dəqiqəsində belə onlardan (ə) ayrı düşməsinlər.
Xüsusəndə İmam
Zamanın (ə.f) qeybdə olduğu vaxta möminlər, Əhli Beyti (ə) sevənlər öz dua və təvəssüllərində
bu qüdsü ünvanı unutmasınlar.
Mərhum Ayətullah
Müctəhidi bu məsələnin əhəmiyyətini vurğulayaraq buyurur:
“Mən Həcc ziyarətinə
ilk dəfə gedəndə, Peyğəmbər Məscidinə daxil oldum. Mən ora daxil olanda məscidin
axundu minbərdə söhbət edirdi. O məni görüb dedi: Bunlar bizim cəmiyyətdəndir
(müsəlmandırlar). Amma qəbrə ibadət edirlər. Axund bu sözü bizim qəbirləri
ziyarət edərkən salam verməyimizə, ey İmam sən məni eşidirsən deməyimizə irad
olaraq deyirdi. Çünki onlar İmamı ölü biz isə diri bilirik. Onlar bizim ölüyə təvəssül
etdiyimizi düşünürlər. Onlar bizi müşrük bilirlər. Halbuki biz öz duamızda ey
İmam mən şəhadət verirəm ki, sən eşidirsən, salamıma cavab verirsən deyirik və
onları vəsilə bilirik. Mən başa düşmürəm ki, bunlar bizi nəyə müşrik bilirlər.
Yadımdadır bir dəfə müşkülüm olanda İmam Rzaya (ə) oğlu Cavada (ə) xatir and
verib təvəssül etdim və həmin gecə Şeyx Ənsarini yuxuda gördüm. Şeyx Ənsari eləbir
şəxs idi, ki mən istisqa namazını onun arxasında qılmışdım. O mənə pul verdi.
Yuxuda ölüdən bir şey almaq xeyrə yozulur. Diqqətininzə çatdırım ki, İmam Rza (ə)
eşidir və cavab verir”.
Y.Nuriyev/
İslaminSesi.info