Qətər müdafiədən hücuma keçib – Səudiyyə və komandası belə aciz qalıb
Posted on : Digər sahələr 10/16/2017 1:00:32 PM
Kiçik Qətər dövləti 4 ərəb ölkəsinin sankasiyaları qarşısında müdafiə mövqeyindən çıxaraq, hücum mövqeyinə keçib.
Bu barədə
Vaşinqton Post-da gedən məqalədə dərc edilib.
ABŞ qəzeti
yazıb ki, Qətər iki aylıq sanksiyalara məruz qaldıqdan sonra öz sərmayələrini səfərbər
edib ki, iqtisadi və təhlükəsizlik vəziyyətini yaxşılaşdırıb.
Vaşinqton Post
yazır:
Qətər Türkiyə və
İranla iqtisadi əlaqələrini artırıb və bu iş bölgədə yeni koalisiyaların
qurulmasına gətirib çıxaracaq. ABŞ-ın bölgədəki ərəb müttəqfiləri arasında
vasitəçiliyi də nəticəsiz qalıb. Qətər artıq hücuma keçib. Qətər onlara tətbiq
edilən sanksiyalarla bağlı beynəlxalq hüquq təşkilatlarına BMT Təhlükəsizlik
Şurasına, Dünya Ticarət Təşkilatına və Beynəlxalq Mülki Aviasiya Təşkilatına
şikayət edib və bu zəmində bəzi naliyyətlətə çatıb. Bu ölkə ötən həftə
İtaliyadan 6 milyard dollarlıq hərbi gəmi aldığını ondan öncə isə ABŞ-dan 12
milyardlıq silah aldığını bildirmişdi. Bu isə kiçik dövlətin təkcə müdafiə niyyətində
olmadığını hücum etməyi də düşündüyünü bildirir./ İslaminSesi.info