Ərrəyadın Tehrana qarşı yeni iddiası
Posted on : Digər sahələr 10/16/2017 1:00:31 PM
Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyinin rəsmisi iddia edib ki, İran Səudiyyənin İrandakı səfirliyi və konsulluğunda baş verən hadisə ilə əlaqədar təhqiqatları uzadıb və onu təkmilləşdirməkdən çəkinir.
Əl-Aləm
telekanalının verdiyi məlumata görə, Səudiyyəli rəsmi bir bəyanat yayaraq iddia
edib ki, İran iki il öncə Səudiyyə Ərəbistanının İrandakı səfirlik və
konsulluğu binalarına hücum hadisəsindən sonra bu hadisənin səbəblərinin
araşdırılması barədə Ərrəyad ilə əməkdaşlıq aparmayıb.
Səudiyyəli rəsminin
bu ölkənin Tehran və Məşhəddəki diplomatik mərkəzlərinə hücum işi ilə əlaqədar
səhlənkarlığa yol verməsinə dair iddiası elə bir şəraitdə irəli surulur ki, həmin
hadisədən sonra Tehranın icra başçısının təhlükəsizlik üzrə müavini eləcə də Məşhəddə
bir sıra təhlükəsizlik rəsmiləri vəzifələrindən kənarlaşdırıldılar və hadisəni
törədən onlarla adam həbs edilərək onların barəsində cinayət işi açıldı.
Xatırladaq ki,
Səudiyyəli şiə ruhani Şeyx Nemr Baqir Əl-nemrin edam edilməsindən sonra İran ilə
Səudiyyə Ərəbistanı əlaqələrində böhran yaranarkən, bir qrup özbaşına hərəkətdə
Səudiyyənin İrandakı diplomatik mərkəzlərinə hücum etdi və bu da iki ölkə əlaqələrinin
gərginləşməsi ilə nəticələndi.