header

 Türkiyənin məşhur universitetində biabırçılıq: Qarışıq tualet - FOTO

"Azğınlıq qlobal sərmayənin əli ilə bütün dünyaya yayılır."

Türkiyənin məşhur "Orta Doğu Teknik Üniversitesi"ndə (ODTÜ) 400 tələbənin xahişi ilə "qarışıq tualet" adını verdikləri tualet açılıb. Qərara digər tələbələrdən xeyli etiraz gəlib. Bundan başqa, son illərdə elmi işlərdən çox yürüş və aksiyalarla anılmaya başlanan ODTÜ-də keçən ay da bir qrup tələbə LGBT yürüşü etmişdi. Bəzi universitetlərdə rektorların dəstəkləri ilə yaranan bu cür azğınlıqlar bəhəs yolu ilə hər keçən gün artır. Universitetlərdə fikri olaraq qidalanmayan gənclər bir anlıq həvəslər ilə atıldıqları bataqlıqlardan çıxa bilmir.

"Milli Gazete"dən Tolga Saçıkaralı bu barədə yazır: "Azğınlıq qlobal sərmayənin əli ilə bütün dünyaya yayılır. "MasterCard", Hollivud, "Twitter", "Scorp", "YouTube" kimi nəhəng şirkətlərin əli ilə bütün dünyanı zəhərləyən LGBT hərəkatı cəmiyyətlərin ailə quruluşunu açıq şəkildə təhdid edir. Avropada ən yüksək həddlərə çıxan və ailə quruluşunu pozan homoseksualizm xəstəliyi Türkiyədə də sürətlə yayılır. Nəhəng sərmayələrlə homoseksualizmə həvəsləndirən filmlər hazırlanır. Universitetlərdə qarışıq tualetlər açılır. Körpülər işıqlandırılır, bayraqları asılır. Əgər Türkiyədəki homoseksualizm təbliğatı davam edərsə, Türk ailə quruluşunu kökündən sarsıdacaq..."

 

Yazının davamını oxumaq üçün daxil olun: "Küresel Sapkınlık"


Türkiyənin məşhur universitetində biabırçılıq: Qarışıq tualet - FOTO


"Azğınlıq qlobal sərmayənin əli ilə bütün dünyaya yayılır."
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:28 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap