header

 İŞİD 3 yaşlı uşağı adına görə əsir götürdü - FOTO

İŞİD terror təşkilatı az yaşlı uşağı ailə üzvləri ilə birgə bu səbəbə görə əsir götürüb.

“Islam Today”-ə istinadən, valideynlərinin məşhur futbolçu Lionel Messinin şərəfinə adlandırdığı 3 yaşlı iraqlı uşaq İŞİD terror təşkilatının silahlıları tərəfindən əsir götürülüb. Terrorçuların bu addımlarının səbəbi uşağa verilmiş qeyri-müsəlman adıdır.

 

Adıçəkilən uşaq, həmçinin onun anası və bacısı ömürlərinin 2 ilini İŞİD əsarətində keçiriblər. Bütün bu zaman ərzində terrorçular ailə başçısından böyük miqdarda pul, həmçinin uşağa yeni adın verilməsini tələb ediblər.

 

Uzun müddət sonra əsarətdən azad edilmiş uşaq hazırda öz doğmaları ilə birlikdə İraqın Dohuk şəhərindəki qaçqın düşərgəsindədir.

 

Uşaq demək olar ki, argentinalı futbolçunun şəkili olduğu köynəyi çıxarmır. Lakin onun Messi adı ilə çağırılması uşağın xoşuna gəlmir. Görünür ki, uşaq hələ də terrorçulardan qorxur. / İslamazeri.com





İŞİD terror təşkilatı az yaşlı uşağı ailə üzvləri ilə birgə bu səbəbə görə əsir götürüb.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:26 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap