İmam Kazimin (ə) hərəminin üzərinə qara bayraq sancılıb -FOTO
Posted on : Digər sahələr 10/16/2017 1:00:26 PM
25 rəcəb 7-ci İmam Həzrət Museyi-Kazim (ə) şəhadət günüdür. İmamın şəhadət günü münasibəti ilə ötən gün Kazimeyndə İmam Kazım (ə) və İmam Cavad (ə) hərəmlərinin üzərində qara bayraqlar sancılıb.
Bayraqların dəyişdirilməsi
məqsədi ilə ötən gün rəsmi mərasim keçirilib. Mərasimdə qara bayraq əzadarlıq rəmzi
olaraq hər iki İmamın qəbrinin günbəzi üzərinə sancılıb.
İmam Museyi-Kazimin
(ə) şəhadəti münasibəti ilə Kazimeyndə zəvvarlara xidmət çadırları və əzadarlıq
çadırları da quraşdırılıb.
Yüzlərlə zəvvar İmam Kazim (ə) hərəmini ziyarət etmək
məqsədi ilə artıq bir neçə gündür İraqın müxəlif şəhərlərindən Kazimeyn şəhəri
istiqamətində hərəkət edib. Bağdad şəhər polisi zəvvarların təhlükəsizliyini təmin
etmək məqsədi ilə zəruri tədbirlər görüb. /