header

 Azərbaycan və İran Müdafiə nazirləri Tehranda görüşdü: İlk mesajlar... FOTO

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqanın dəvətilə aprelin 15-də İrana rəsmi səfərə gedib

Müdafiə nazirliyinə istinadən, İranda rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 16-da Tehranda İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqan ilə görüşüb.

Azərbaycan nümayəndə heyəti Şəhidlər kompleksini ziyarət edərək ehtiram əlaməti olaraq memorial önünə əklil qoyub.

Sonra rəsmi qarşılanma mərasimi keçirilib.

İki ölkənin nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşü zamanı hərbi, hərbi-texniki əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib, eləcə də regional təhlükəsizlik və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

APA-nın Tehran bürosunun məlumatına görə, bunu bu gün İranda rəsmi səfərdə olan Azərbaycan müdafiə naziri Zakir Həsənovla görüşdə İran müdafiə və Silahlı Qüvvələrə dəstək naziri Hüseyn Dehqan bildirib.

 

 H. Dehqan deyib ki, Azərbaycan və İran xalqlarını bir-birinə bağlayan etnik, tarixi, mədəni və dini bağlar var və bu, dünyada misilsizdir: "İki ölkə rəhbərlərinin keçirdiyi çoxlu sayda görüşlər, siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin günbəgün inkişafı münasibətlərin yaxşı olduğunun göstəricisidir. Çox yaxşı olar ki, bu əlaqələr hərbi və müdafiə sahəsində də artan temp üzrə inkişaf etsin”.

 

 ABŞ və Səudiyyə Ərəbistanının siyasətini mənfi qiymətləndirən İran müdafiə və Silahlı Qüvvələrə dəstək naziri qeyd edib ki, bu gün təkcə bölgə deyil, həm də dünya İŞİD , “Nusra Cəbhəsi” kimi problemlərlə üzləşib. H. Dehqan xüsusən Fələstin, Suriya, İraq və Yəmən xalqlarının problemlərdən əziyyət çəkdiyini vurğulayıb: “Mövcud şəraiti nəzərə alaraq, düşünürəm ki, bölgədə yeni böhran və qeyri-sabitliyə yer yoxdur. Ümid edirəm ki, Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllində qətiyyətli olacaq, başqalarının münaqişəyə müdaxilə etməsinə və böhranı dərinləşdirməsinə icazə verməyəcək”.

 

Azərbaycan müdafiə naziri Zakir Həsənov İran müdafiə və Silahlı Qüvvələrə dəstək naziri Hüseyn Dehqanla görüşdə ikili əlaqələrdən danışıb və deyib: “İran Azərbaycanla dost və qardaş ölkədir. Azərbaycan İranla hərbi-müdafiə sahəsində əməkdaşlığın inkişafında maraqlıdır”.

 

 Z. Həsənov deyib ki, iki ölkə rəhbərliyinin son görüşləri  bu əməkdaşlıq üçün lazımi şərait yaranıb: “Azərbaycan  iki ölkənin sərhədlərinin təhlükəsizliyinin təmininə önəm verir və bu sərhədlərin sabitliyinin pozulmasına icazə verməyəcəyik”.

 

 Z. Həsənov İran Silahlı Qüvvələr günü münasibətilə iranlı həmkarını təbrik edib və bölgədə davamlı sülh, sabitlik və təhlükəsizliyə nail olmağın zəruriliyini vurğulayıb. / İslamazeri.com



Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqanın dəvətilə aprelin 15-də İrana rəsmi səfərə gedib
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:25 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap