header

 İranda seldən zərər çəkmiş ostanlara prezident tərəfindən heyət göndərilib

İran prezidentinin göstərişi ilə İranın şimal-qərbindəki vilayətlərə seldən zərər çəkənlərə yardım prosesinə nəzarət üzrə heyət göndərilib.

Cümə günü İranın Şərqi və Qərbi Azərbaycan ostanlarında güclü və nadir bir yağıntı çayların daşmasına və bu iki vilayətin bəzi məntəqələrində selə səbəb olubdur.

 

İran prezidenti Həsən Ruhani bu gün İranın şimal-qərbindəki vilayətlərə seldən zərər çəkənlərə yardım prosesinə nəzarət üzrə heyət  göndərib. Heyətə energetika naziri Həmid Çitçiyan başçılıq edir.

 

Ruhani habelə seldən zərər çəkənlərə yardım üçün bütün imkanların səfərbər edilməsi vacibliyini vurğulayıb. O, həmçinin seldən zərər çəkənlərin və bədən xəsarəti alanların vəziyyətinə təcili baxılmasını istəyib.

 

İranın birinci vitse-prezidenti İshaq Cahangiri də bu gün Qərbi Azərbaycan və Şərqi Azərbaycan valiləri ilə ayrı-ayrılıqda telefon danışıqlarında selin vurduğu insan və maliyyə xəsarətlərinin miqyası, həmçinin yardım gedişatı ilə tanış olub.

 

Bu məlumata görə, İran Təcili Yardım Təşkilatının başçısı Pir Hüseyn Kulivənd deyib ki, Şərqi Azərbaycan ostanında sel nəticəsində indiyədək 18 nəfər ölüb, 12 nəfər də bədən xəsarəti alıbdır.

 

Kulivənd sonra deyib: Təcili yardım təşkilatının məlumatlarına görə, indiyədək Şərqi Azərbaycan ostanında 14 nəfər Əcəbşir, 4 nəfər isə Azərşəhr məntəqəsində həyatını itiribdir.

 

O, bildirib ki, Şərqi Azərbaycan ostanında sel nəticəsində indiyədək 12 nəfər bədən xəsarəti alıbdır ki, dərhal xəstəxanaya köçürülübdür.

 

Belə bir halda, İranın Qırmızı Aypara Cəmiyyətinin yardım və xilasetmə işləri üzrə sədr müavini Şahin Fəthi də Azərşəhr və Əcəbşir məntəqələrində itkinlərin sayının 31 nəfərə çatmasından xəbər verib.

İran prezidentinin göstərişi ilə İranın şimal-qərbindəki vilayətlərə seldən zərər çəkənlərə yardım prosesinə nəzarət üzrə heyət göndərilib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:25 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap