header

 İran yerli istehsallı hərbi təlim reaktiv təyyarəsini nümayiş etdirib - Video

İran yerli istehsallı hərbi təlim reaktiv təyyarəsini nümayiş etdirib

İRNA-a istinadən, İran prezidenti Həsən Ruhani ötən gün ölkənin hərbi sənayesinin bir neçə məhsulununun açılışı mərasimində iştirak edib.

 

Bu mərasimdə İran yerli istehsallı Kousər adlı hərbi təlim tipli reaktiv təyyarəsinin, Muhacir-6 pilotsuz təyyarəsinin, gəmilər əleyhinə Nəsir kruiz raketi və sair hərbi sənaye məhsulları nümayiş etdirilib.

 

Bu mərasimdə İranın Qahir-313 hərbi təyyarəsinin sınaq uçuşları da baş tutub.

 

İranın müdafiə naziri Hüseyn Dehqan hərbi məhsulların İrana satılmaması və sanksiyaların tətbiq edildiyi zamanında ölkədə hərbi təlim xarakterli reaktiv təyyarənin tam şəkildə yerli qüvvələr tərəfindən istehsal edilib ərəsəyə gətirilməsini ölkə üçün mühüm naliyyət hesab edib.

 

Həsən Ruhani bu mərasimdə çıxışı zamanı ölkənin müdafiə xarakterli məhsullarının istehsalının heç bir vəchlə dayanmayacağını və daha da güclənəcəyini vurğulayıb. / İslaminSesi

İran yerli istehsallı hərbi təlim reaktiv təyyarəsini nümayiş etdirib
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:25 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap