Ərəblərin azərbaycanlı köməkçiləri güllə yarası alıblar
Posted on : Digər sahələr 10/16/2017 1:00:24 PM
Şəkidə ov edən ərəb turistlərin azərbaycanlı köməkçiləri ehtiyatsızlıqdan yaralanıblar
APA-ya istinadən,
martın 10-da axşam saatlarında Bərdə rayon sakini, 1978-ci il təvəllüdlü Ramin
Sahib oğlu Babayev və Bakı şəhər sakini, 1983-cü il təvəllüqlü Ruslan Fərhad
oğlu Axundov bədənin müxtəlif nahiyələrində çoxsaylı qırma yarası ilə xəstəxanaya
daxil olublar. Hər iki şəxsə lazımi tibbi yardım göstərilib, bədən nahiyəsinə
girmiş qırmaların bir qismi çıxarılıb. Ramin Babayev və Ruslan Axundov müalicələrinin
və qırmaların qalanlarını çıxarılması ücün Bakı şəhərindəki müvafiq xəstəxanalardan
birinə müraciət edəcəklərini bildiriblər. Bu səbəbdən onlar ilkin müayinədən
sonra sərbəst buraxılıblar.
Şəki rayon ərazisində
ov edən və Şəki saray otelində qalan ərəblərin sürücüsü Ramin Babayev və tərcüməçisi
Ruslan Axundov hadisənin Şəki saray otelinin həyətində baş verdiyini bildiriblər.
Onların sözlərinə görə, ərəb turistlərlə birlikdə ov edib otelə qayıtdıqdan
sonra maşından ov tüfəngini götürən zaman tüfəng yerə düşüb. Tüfəng dolu
olduğundan yerə düşən zaman qəfildən atəş açılıb və hər iki şəxs bədənin müxtəlif
nahiyələrindən çoxsaylı qırma yaraları xəsarəti alıb. / FaktXeber