Azərbaycan dindarlarını əhalinin mənafeyinin müdafiəsinə görə həbsə alır və işkəncə edirlər
Posted on : Video 10/16/2017 1:00:24 PM
Azərbaycan əhalisinin din xadimlərinin tərəfini saxlaması Aəzrbaycan respublikası dövlətinin bütün dəsisələrini pozmuşdur
Tashaio.com - Son vaxtlar heyrət və təəccüb doğuran
bir xəbər yayımlanmışdır ki, Aəzrbaycan respublikasının şiə din xadimi şeyx Sərdar
Hacıhəsənli Masallı şəhəri icra başçısının şikayəti nəticəsində cümə namazı
qıldığına görə saxlanılmışdır?! Özünü islam dünyasının bir hissəsi və hətta
islam dünyasına bir nümunə kimi göstərməyə çalışan bir hökumət hansı dəlilə görə
islam təbliğatçısını cümə namazı qıldığına gərə saxlayır və məhkum edir?
Doğrudan da bu, gülünc və təəssüf doğuran bir hadisədir. Ruhu, canı mülayımləşdırən,
könülləri günahdan təmizləyən və məsiyət pasını ürəkdən silən, müsəlmanların səfini
sıxladan və daha artıq həmrəylik yaradan cümə namazı müsəlman bir ölkənin təhlükəsizliyini
hədələyə bilərmi?!
Bəs Aəzrbaycan respublikası din xadimlərinin
günahı nədir?!
Aəzrbaycan respublikası din xadimlərinin
günahı budur ki, onlar dövlətlərinin təbliğat proqramlarının xalqın inamlarını,
həqiqi milli və mənəvi dəyərlərini inikas etdirməsini istəyirlər. Aəzrbaycan
respublikası dindarlarının günahı budur ki, onlar Allahın bəxş etdiyi sərvət
islam və müsəlmanların birinci düşməni sionist rejimin enerji təhlükəsizyini təmin
etməkdənsə ölkənin öz iqtisadi problemlərinin həllinə yönəlməsini, sionist
rejimin neft tələbatının yarısından çoxunu təmin etməməsini istəyirlər. Aəzrbaycan
respublikası dindarlarının günahı budur ki, onlar informasiya vasitələrinin
humanitar ilahi və mənəvi məzmun daşımasını, əhalinin mənəviyyatını
cilalandırmasını, canlarını yaralamamasını istəyirlər. Aəzrbaycan respublikası
dindarlarının günahı budur ki, onlar istəyirlər dünyanın bütün şiələri kimi Azərbaycan
şiələri də Məhərrəm günləri və Aşura əzadarlıqlarinda əza dəstələri yola
salsın, bu ölkənin müsəlman əhalisi belə hüquqa malik olsunlar, ayıb və
laqeydlik heykəli olan küçə konsertlərinin tamaşaçısı olmasınlar. Aəzrbaycan
respublikası dindarlarının günahı budur ki, onlar sağlam bir cəmiyyətə malik
olmağı, qanundan kənar doğumların ilbəil artmasının, intiharın, uşaqların və
yeniyetmələrin cinayətə meylinin, qumarxanaların, Kazinoların, spirtli içkilər
istehsalının artmasının şahidi olmamalarını, vahabi və terrorçu qropların mənəvi
boşluqdan istifadə edərək gəncləri aldadıb İŞİD və Əl-Nəsrə kimi terrorçu
qruplaşmalara üzv etmələrinin qarşısının alınmasını istəyirlər. Aəzrbaycan
respublikasının dövlət adamları isə din xadimlərinin aydınlaşdırıcı fəaliyyətini,
xalqı ayıltmasını istəmirlər. Buna görə də onları saxlayıb həbsə alırlar. Lakin
Aəzrbaycan respublikasının müsəlman əhalisi din xadimlərinin tərəfini
saxladığına görə Bakı hakimiyyəti heç vaxt bu ölkənin azəri şiə dindarlarının
başladıqları hərəkatı dayandıra bilməyəcək. Bu hərəkatın ən yüksək zirvəsi
Tasura və Aşura mərasimində özünü göstərmişdir. Belə bir vəziyyətdə Aəzrbaycan
respublikası rəsmilərindən təvəqqe olunur ki, bu ölkənin şiə din alimlərinə
qarşı ədəbsizliyə son qoysunlar və islamçı dustaqların, xüsusilə Allaha itaət və
xalqa xidmətdən başqa məqsədi olmayan, həmişə müsəlman əhalinin birliyini, həmrəyliyini,
islam dininin yüksəlişini tərənnüm edən bu məzlum din xadiminin azadlığını təmin
etsinlər. Eləcə də Aəzrbaycan respublikasının müsəlman və dindar camaatı ayıq
olmalı və ismət və təharət əhlibeyti diyarının beynəlxalq vahabi və sionizmin xəlvətxanasına
çevrilməsinə yol verməsinlər.