“Dünya üçün ən böyük nüvə təhlükəsi Sionist rejimidir”
Posted on : Digər sahələr 10/16/2017 1:00:24 PM
“Bu rejim hamını təhdid edir. O, region və dünya üçün ən böyük nüvə təhlükəsidir”.
Əl-Məyadin telekanalına istinadən,
bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.
Nazir verdiyi müsahibədə İranla
Altılıq ölkələrinin əldə etdikləri nüvə anlaşmasına qarşı İsrail və Səudiyyə Ərəbistanı
tərəfdən çoxlu addımlar atıldığını dilə gətirərək, bəyan edib ki, hazırda
region və dünya üçün ən böyük nüvə təhlükəsi İsraildir.
M. C. Zərif verdiyi geniş müsahibədə
ABŞ-ın tətbiq etdiyi sanksiyaların təsirsiz olacağını da bəyan edib və Tramp
administrasiyasından ABŞ-ın imza atdığı nüvə anlaşmasına əməl etməyi tələb edib.
Türkiyənin bölgədə xüsusilə də
Suriya ilə bağlı mövqeyinə toxunan İran diplomatiyasının rəhbəri, qonşu Türkiyənin
Tehranla dostluq əlaqələrinə malik olduğunu dilə gətirib və bununla yanaşı
vurğulayıb ki, Türkiyə terrorçu qruplaşmaların silahla və maddi dəstəklə dəstəklənməsinə
mane olmur. / İslaminSesi