MTRŞ-dən “FOX TV”-nin bağlanması ilə bağlı açıqlama
Posted on : qafqaz 10/16/2017 1:00:23 PM
Milli Televiziya və Radio Şurası (MTRŞ) Türkiyənin “FOX TV” kanalının Azərbaycanda yayımının dayandırılması ilə bağlı qərar verməyib
Bunu
AzVision.az-a MTRŞ-nin sədr müavini Qafar Cəbiyev deyib.
O qeyd edib ki,
Şuranın “FOX TV”-nin yayımının dayandırılması ilə bağlı qərarı yoxdur.
MTRŞ rəsmisinin
sözlərinə görə, hər hansı kanalı yayımlayıb-yayımlamamaq operatorların daxili
işidir.
“Kabel şəbəkələrinə hər hansı kanalı yayımlayıb-yayımlamamaq üçün heç kim
müdaxilə etmir. Sosial şəbəkələrdə bizim adımızdan yayılan məlumatlar yalandır.
Onlar özləri sosial sifarişdən asılı olaraq bu və ya digər kanalı öz paketlərinə
daxil edə və yaxud çıxara bilərlər. Bu, onların daxili işləridir”. Qeyd edək
ki, kabel şəbəkələri MTRŞ-nin göstərişinə əsasən, “FOX Türk” kanalının
yayımının analoq, rəqəmsal və iptv yayım növlərində dayandırılması haqqında məlumat
yayıblar. Məlumatda qeyd edilib ki, “FOX Türk” kanalı digər bir TV kanal ilə əvəz
olunacaq.