Suriya silahlı müxalifəti İŞİD-ə qarşı döyüşməyə hazırlaşır
Posted on : Digər sahələr 10/16/2017 1:00:21 PM
Suriyada silahlı müxalifət qruplaşmaları ilə İŞİD terrorçularına qarşı döyüşlərin aparılması barədə razılığa gəlinib.
Bu barədə
Suriyada Düşmən Tərəflərin Barışıq Mərkəzindən olan rusiyalı hərbçilər məlumat veriblər.
Məlumatda
bildirilir ki, Ceyrud və Əl-Otna yaşayış məskənlərindən olan silahlı müxalifə, həmçinin Nasiriya və Ruheybap şəhərlərindən barışıq prosesinə qoşulmuş döyüşçülər İŞİD-ə qarşı mübarizə aparacaq.
Yeri gəlmişkən Suriya Ordu qüvvələri könüllülərlə birlikdə Dəməşqin 420 km-dəki Deyr-əz-Zor
rayonunda İŞİD-çilərin
hücumlarını dəf edib. Sübh vaxtı başlayan qanlı döyüşlərdə 30-dan çox terrorçu
məhv edilib. Yerli KİV bildirir ki, terrorçular
hərbi aeradromu ələ keçirmək istəyiblər və bu məqsədlə pikapları minalayıblar.
Mənbə: Faktxeber