Yəmənli sakinlər: Biz havadan, sudan və qurudan mühasirədəyik - VİDEO
Posted on : Digər sahələr 10/16/2017 1:00:21 PM
Yəmənin Hodeyda əyalətinin Ət-Tuheyt rayonunda kütləvi aclıq qeydə alınıb.
Bu barədə bütün dünyada ərzaq təhlükəsizliyini araşdıran Amerikanın Fews Net təşkilatının hesabatında bildirilib. FaktXəbər-in məlumatına görə RT-nin çəkiliş qruppu Ət-Tuhaytda ağır hmanitar böhrən keçirən insanlarla görüşüb.
Rayon sakinləri bir tərəfdən də xəstəliklər və epidemiyaların cəngindəndir. Kəskin ərzaq çatışmazlığı yaşanır. Tibbi müaiyinələrdən isə söhbət belə gedə bilməz.
Səudiyyə başda olmaqla Koalisiya qüvvələrinin aviazərbələri isə sahildə yerləşən ərazinin sakinlərinin yeganə gəlir mənbəyi olan balıq ovundan məhrum edib.
- Bizdə nə xəstəxana, nə həkim, nə də tibbi ləvazimatlar var. Biz havadan, sudan və qurudan mühasirəyə alınmışıq, - deyə sakinlərdən biri deyir.
Ət-Tuhayt Yəmənin yeganə belə ərazisi deyil. Ancaq ən çətin vəziyyət bu rayondadır. Videoda göstərilən kadrlar insanı dəhşətə gətirir. Bu, əsl humanitar böhrandır.
Mənbə: Faktxəbər