Əbubəkr Bağdadinin dostu olan Hollandiya əsilli İŞİD əmiri öldürüldü
Posted on : Digər sahələr 10/16/2017 1:00:21 PM
İŞİD terror təşkilatının Hollandiya əsilli nüfuzlu əmiri 41 yaşlı Əbu Ömər Mosul əməliyyatı zamanı öldürülüb
Bu barədə məlumat
verən Kürdüstan Demokrat Partiyası (KDP) Mosul mətbuat nümayəndəsi Said
Memuzini ötən gün Mosulun Muhəndisin məhəlləsində baş verən qarşıdurmada
İŞİD-in Ölümə Qədər Döyüş Qüvvələri əmiri (İnximas) Hollandiya əsilli Ties Bill
Montenin (Əbu Ömər) öldürüldüyünü bildirib.
Səid Memuzini
Əbu Ömərin təşkilata qoşulan bütün əcnəbilər üzrə məsul olduğunu və İŞİD lideri
Əbubəkr Bağdadinin də yaxın dostu olduğu qeyd edib.
Ölümə Qədər
Döyüş Qüvvələri təşkilatın aparıcı qüvvələrindən olub təchizatlı təlim keçən bu
qüvvəyə bağlı İŞİD üzvləri lazım olduğu zaman kamikadze də olur.
Bu qüvvəyə
bağlı təşkilat mənsubları düşmənlərinə heç bir şəkildə təslim olmayıb, bəzən də
intihar edir.
Qeyd edək ki,
Mosulu İŞİD-dən azad etmək üçün əməliyyat 17 oktyabr 2016-cı il tarixində
başladılmışdı. /eastnews