Diriykən şəhadət zirvəsinə yüksələn bilən sərkərdə - Doktor Mövsüm Səmədova
Posted on : qafqaz 10/16/2017 1:00:21 PM
Şükür edirik ki, məmləkətimiz haqsızlığa ÜSYAN edən HAQQ DÖYÜŞÇÜLƏRİNDƏN xali deyil!
Bir xalq etiraz etmək
qabiliyyətini itirdikdə cahil kütləyə çevrilir.
Minlərlə qara nöqtənin arasındakı
bir ağ nöqtə fərqlilik yaradır və VAROLUŞU nişan verir.
O, minlərlə diriykən cansız
əşyaya çevrilən qara nöqtənin içində ağappaq İŞIQ TOPASIDIR. Bu qədər fərqlilik
şaşırdır.
Canımdan soyuq gizilti keçir.
O, ağappaq İŞIQ TOPASINA sarı uzanan əllərim NURA boyanır. Bu NUR əslində ulu
babalarımın YA HÜSEYN HAYQIRTISI ilə mənə ötürdüyü ÜSYAN NURUDUR. Ona görə bu
qədər doğma, bu qədər əzizdir o NUR TOPASI mənə.
Sözümün canı minlərlə,
milyardlarla qara nöqtənin arasındakı O, AĞAPPAQ NUR TOPASIDIR. Onu öyəcəm bu
gün.
O, ÖYÜLƏSİ ŞƏXSDİR!
Siz bir NUR TOPASINDA bu qədər
gözəlliklərin birləşdiyini gördünüzmü heç? Saflıq, məsumluq, iffət və bunların
qarışımında daha da qüdrətli olan DÖYÜŞÇÜ, ÜSYANKAR, ÜSYANKAR DÖYÜŞÇÜ...
O, HAQQ YOLUNUN YOLÇUSUDUR!
O, HAQQ ƏDALƏT UĞURUNDA DÖYÜŞƏ
ATILAN VƏ ƏBƏDİYAŞAR SƏRKƏRDƏDİR.
O, canını, ailəsini,
doğmalarını itirəcəyini bildiyi halda, həqiqətin diri qalması üçün sayca
minlərlə dəfə çox olan düşmənin qarşısında nur kimi işıq saçıb, məğrur dayanan
HÜSEYNİMİZİN YOLÇUSUDUR. Ya HÜSEYN, deyərkən, üz tutub fərəhləndiyimiz
DÖYÜŞÇÜMÜZDÜR.
Övladlarından ayrı, xanımından
ayrı yaşadığı illər bir kişiyə, bir ataya çox ağırdı. Nə qədər güclü olsa da
körpə balasından ayrılanda ürəyinin dərinliyində sızıldayıb, bəlkədə göz yaşı
töküb. Amma içinə axıb o göz yaşı. O sızıltını indi bu anlarda daha dərindən
duyuram...
Əslində məmləkətimi bürüyən
ədalətsizliyin daha da rişələnib hər tərəfə kök atması qorxutmur məni. Çünki
döyüş qanımızın təlqin etdiyi gen yaddaşıdır. Biz DÖYÜŞ üçün doğulduq və HAQQ
döyüşündə həmişə VARIQ!
Əslində məni sızladan atasız
böyüyən o uşaqların çəkdiyi xiffətdir. O qədər doğmadır ki bu xiffət...
çiyinlərimin bu ağırlığın altında basıldığını, ürəyimin sıxıldığını duyuram.
Bu xiffət hər dəfə balaca
Abdullanı qucaqlayıb qoxusunu içimə çəkəndə canıma bir üşütmə salır. O,
uşaqların, ata yolu gözləyə-gözləyə ağlayıb yatan o, körpələrin məsum gözləri
dirənir gözümə.
Qatil, terrorçu, oğru deyil bu
uşaqların atası. Bəs niyə məhbusdurlar? Bəs niyə körpə balalarını bağrına basa
bilmir bu atalar?
Axşamlar mışıl-mışıl uyuyan
körpəsinə, qadınına baxıb ürək dolusu xoşbəxt olmur, uyuyan körpəsinə, qadınına
deyil, daş divarların soyuq üzünə baxıb gecəni açmağa çalışır bu insanlar.
Niyə?
Min sual çıxır ortaya cavabı
isə çox sadədi. O məhbuslar Allahı hamıdan və hər şeydən çox sevdikləri üçün
məhbəsdədirlər. O, insanlar dünyada artdıqca artan milyardlarla qara
nöqtədən-ölü canlardan fərqli olduqları üçün məhbəsdədirlər.
Amma şükür etmək Allahın bizə
vacib buyurduğu əməllərdəndir.
Şükür edirik ki, məmləkətimiz
haqsızlığa ÜSYAN edən HAQQ DÖYÜŞÇÜLƏRİNDƏN xali deyil!
Şükür edirik ki, məmləkətimizdə
hələ də Allahı bütlərdən daha çox sevən NURLU İNSANLARIMIZ var!
Şükür edirik ki, canını HAQQ
uğurunda DÖYÜŞÜN önündə sipər edənlər var!
Şükür edirik ki, bu gün dünyada
milyardlarla Hüseyn Aşiqlərinin önündə gedən LİDERİMİZ VAR!
Şükür edirik ki, HAQQ uğurunda
diriykən ŞAHƏDƏT ZİRVƏSİNƏ YÜKSƏLƏ BİLƏN SƏRKƏRDƏMİZ VAR- DOKTOR MÖHSÜN SƏMƏDOV
KİMİ...
QƏZAVƏTİN MÜBARƏK QARDAŞIM!!
Arzu Abdulla
Vetenugrunda.az