header

 Hacı Mövsüm Səmədovun şikayətinə baxılacaq

Bakı Apellyasiya Məhkəməsi noyabrın 17-də Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədovun şikayətinə baxacaq

Oktyabrın 9-da Qaradağ Rayon Məhkəməsi 12 saylı Cəzaçəkmə Müəssisəsi rəisinin Mövsüm Səmədovla bağlı verdiyi təqdimata əsaslanaraq məhbusun 2 il müddətinə həbsxana rejiminə keçirilməsi qərarı çıxarıb. Təqdimatda Mövsüm Səmədovun qapalı rejimdə saxlanmaq üçün Qobustan həbsxanasına köçürülməsi xahiş olunub.

Vəkil Anar Qasımlı “Media forum” saytına bildirib ki, apellyasiya şikayətində  Mövsüm Səmədovun Qobustan həbsxanasına köçürülməsi haqda çıxarılan qərarın ləğvi tələb edilir.

Mövsüm Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub.

2014-cü il sentyabrın 18-də Mövsüm Səmədov 11 saylı Cəzaçəkmə Müəssisəsindən 12 saylı müəssisəyə köçürülüb. Həmin gün ona 5, daha sonra 7 sutkalıq karser cəzası verilib.

Bakı Apellyasiya Məhkəməsi noyabrın 17-də Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədovun şikayətinə baxacaq
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap