header

 Ramiz Mehdiyevin Son Etirafları Hər Şeyi Bəlli Etdi

Suriyada döyüşməyə gedən sələfi dələduzluq maddəsi Hicab Qadağasına qarşı çıxanlarsa dövlət çevrilişi maddəsilə həbs olunur

Azərbaycandan Suriyaya yaraqlı dəstələrə qoşulmaq və ailəsini yaraqlıların ixtiyarında qoymaq məasədilə ilə, qaçmaq istəyən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin saytının verdiyi məlumata görə, Şəki rayon sakini Samir Abdurrəhmanov 11 min manat pul ilə, həyat yoldaşı Günellə birgə Suriyadakı terrorçu qruplara qoşulmaq niyyəti ilə ölkəni tərk etmək istəyərkən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Samir Abdurrəhmanov evinə baxış zamanı təbliği və yayılması qanunla qadağan edilmiş 12 ədəd dini məzmunlu kitab, 9 ədəd disk və digər maddi sübutlar aşkar edilərək götürülüb.

Faktla bağlı Şəki ŞRPŞ-də Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi qaldırılıb.

Samir Abdurrəhmanov barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

PS: Xatırladaq ki, 25 Oktyabr, 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) 15 illik yubileyi münasibətilə akademiyanın elmi şurasının iclası keçirilib. İclasda Azərbaycan prezidentinin icra aparatının rəhbəri Ramiz Mehdiyev Azərbaycanda “ziyalı” anlayışının necə deqradasiyaya uğramasının və bir ziyalının (misal olaraq Doktor Mövsüm Səmədov) ölkədəki problemləri dilə gətirsə, dərhal “arzuolunmaz şəxs” elan edilərək hakimiyyətin düşməninə çevrildiyi məsələ üzərindən vaz keçərək Dindar təbəqəyə- Şiələrə hücum çəkərək Məscidlərin dağıdılması, Hicabın qadağan olunması məsələsinin məhz onun tərəfindən olduğunu deyərək bir daha Azərbaycanda siyasətlərin dövlət səviyyəsində Şiələrə qarşı yönəldiyinə etiraf edib.

Qeyd edək ki, R. Mehdiyevin bu çıxışı Mövsüm Səmədov, Seyyid Fəramiz, Abgül Süleymanov və s. dindarların həbslərinin siyasi motiv daşıdığını bir daha isbatlayır.

Suriyada döyüşməyə gedən sələfi dələduzluq maddəsi Hicab Qadağasına qarşı çıxanlarsa dövlət çevrilişi maddəsilə həbs olunur
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap