header

 “Hacı Mövsüm Səmədov - Əhli Beyt məktəbinin şərəfli məzunu”

“İmamlarımız bizə zalıma beyət etməməyi tapşırıb”

 İslaminsesi.org saytının müsahibi AİP-in Sumqayıt rayon komitəsinin fəal üzvü hacı Kamran Qədirovdur.

 -AİP sədri Mövsüm Səmədova qarşı son vaxtlar təzyiqlərin getdikcə güclənməsinə münasibətinizi bilmək istərdik. Sizcə bu təzyiqlər nəyin göstəricisidir?

 -Bu gün İslam yolunda, haqq uğrunda mübarizə aparan adamların həqiqət deyən səsini susdurmaq üçün azadlığını əlindən alır, daş məhbəslərə  qapayırlar. Onları mənən sındırmaq üçün təzyiq və işgəncələrə əl atırlar. Lakin buna nail ola bilmirlər. Mövsüm Səmədov da belələrindəndir.

 Mediadan da izlədiyimiz kimi, Hacı Mövsüm Səmədova qarşı hazırda təzyiqlər güclənib. O, 11 saylı həbsxanada olduğu bir neçə il ərzində çoxlarının bacarmadığı bir işi gördü. Yüzlərlə qatı cinayətkarı, qatili Allahın tövbə qapısına yönəltdi. İndi ordakı 1400  məhbusdan 800-ü namaz qılır. Bu, çox böyük göstəricidir. Ziyalı, yüksək intellektual zəkaya malik olan bu insan harda olmasından asılı olmayaraq, o məkanı işıqlandırır, ora bir nur gətirir.

 

Yüzlərlə insanı narkomaniyadan, müxtəlif pis vərdişlərdən uzaqlaşdırmağa nail oldu. 12 saylı həbsxanaya gedən gündən isə “karsda” saxlanılır. Biz həmin həbsxanaya, ona dəstək olmaq üçün getmişdik.

 Hacı Mövsümə qarşı son zamanlar güclənən təzyiqlərin səbəblərindən biri budur ki,  Onu əfv ərizəsi yazmağa məcbur etmək istəyirlər. Çünki onun və digər siyasi dustaqların azad olunması ilə bağlı son zamanlar Qərb Azərbaycan hökumətinə qarşı təzyiqləri artırıb. Onları qəzəbləndirən əsas məqam isə hacının əvf istəməməsidir. Buna görə ona qarşı hətta təxribata belə gedirlər.

 Bir neçə gün qabaq müxalifətin təşkil etdiyi mitinqdə birdən-birə əlində İŞİD-in bayrağını tutmuş 3 nəfər peyda oldu və onlar “Mövsüm Səmədova azadlıq” deyə qışqırmağa başadılar. Bu müəmmalı hərəkətin səbəbi bəlli idi. Lakin bu təxribatın Milli Şuranın mitinqində baş verməsi və onun əvvəldən qarşısının alınmaması bəzi cavabsız suallara yol açır. Mitinqdə təxribatların qarşısını almaq üçün xüsusi adamlar ayrılsa da, nədənsə onlar 3 təxribatçının  İŞİD bayrağını ucaldaraq  şüarlar səsləndirmələrinə mane olmamışdılar. Bəzi düşmən qüvvələr bu kimi əməllərlərlə onun İŞİD-in adamı olması görüntüsü yaratmağa çalışıblar. Əslində ağıllı insanlar başa düşür ki, bütün bunlar acizliyin əlamətidir, gülünc bir məsələdir. Yəni onlar bir nəfər haqqı deyən insanla bacara bilmədikləri üçün belə çirkin yollara, təxribatlara əl atırlar.

 Hazırda Səmədovun işinə Avropa məhkəməsində baxılır. Biz onun bu məhkəmədən qalib çıxacağına əminik.

 Bütün bu haqsızlıqlara isə İmam Hüseyn məktəbindən aldığımız dərslərə görə etiraz səsimizi ucaldırıq. Cünki İmamlarımız bizə zalıma beyət etməməyi tapşırıblar. 

 

“İmamlarımız bizə zalıma beyət etməməyi tapşırıb”
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap