header

 "Telekanallar xalqın hisslərinə hörmət qoymalıdır"

Yerli telekanallar ən azından 40 günlük əza müddətində əziz xalqımızın hisslərinə dəyər verməlidir"

Azərbaycan teleməkanı Məhərrəm ayı ilə bağlı proqramlarında heç bir dəyişiklik etmir, bayağı, şou xarakterli əyləncə verilişlərini davam etdirir. Bu isə əsasən də xalqın inanclı təbəqəsi tərəfindən pis qarşılanır.

İslamazeri.az mövzu ilə əlaqədar olaraq "Milli-Mənəvi Dəyərlər" İctimai birliyinin sədri, ilahiyyatçı Ruhullah Novruzzadənin münasibətini öyrənib.

Ruhullah Novruzzadə ən azından qarşıdan gələn 40 əza günü ilə bağlı islami və insani tərbiyədən uzaq olan proqramlara son qoymağı tələb edib: "Bağışlayan və mehriban Allahın adı ilə. Artıq neçə illərdir ki, ölkə televiziyasında fəsadın, mənəviyyatsızlığın şahidiyik. Matəm, hüzn demədən demək olar ki, ilin istisnasız olaraq hər günü milli-mənəvi dəyərlərimizin əksinə və aradan getməsinə səbəb olacaq proqramları yerli telekanallarda izləmək mümkündür. Lakin bildiyiniz kimi qarşıdan Əhli-beyt tərəfdarlarının müqəddəs və böyük matəm günləri gəlir. Bu günlər o qədər müqəddəsdir ki, bəzi günahlara yoluxan əzizlərimiz bu günlərdə adət etdikləri günahları tərk etməyi qərara alırlar. Bir sözlə günah etməyin özü günah halına çevrilir və Əlinin oğlu Hüseynə (ə) olan hörmətləri onların hidayət olmalarına bir vasitə olur.
Odur ki, bu işlə əlaqədar olan qurumlara müraciət edir və ümumən il boyu, xüsusən isə 40 günlük əza müddətində əziz xalqımızın hisslərinə dəyər verib, onların ailə üzvlərini və körpələrini nəzərə alıb islami və insani tərbiyədən uzaq olan proqramlara son qoymağı tələb edirik. Çünkü bu proqramlara onların da ailə üzvləri baxır və bizim tələbimiz yalnız bizi deyil, bütün xalqımızı əhatəyə alır. Həqiqətdə bu söz bizimlə bərabər əziz və dəyərli xalqımızın sözüdür və ümüd edirik ki, bu sözə önəm verən, xalqın sözünə dəyər, səsinə isə səs verən biri tapılacaqdır."

Ruhullah Novruzzadə həmçinin "Qədir Xum" bayramı ilə əlaqədar olaraq bütün Azərbaycanın müsəlman xalqını təbrik edib.
Yerli telekanallar ən azından 40 günlük əza müddətində əziz xalqımızın hisslərinə dəyər verməlidir"
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:32 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap