AİP funksionerləri Hacı Mövsüm Səmədovla görüşə bilməyib
Posted on : qafqaz 10/16/2017 12:59:31 PM
AİP sədr əvəzi Elçin Manafov başda olmaqla bir qrup partiya funksioneri və üzvləri Hacı Mövsüm Səmədovla görüşmək üçün 12 saylı CÇM-də olub
CÇM-in şöbə rəisi Babək İsgəndərov görüşə gələnlərin sənədlərini geri qaytararkən bildirib ki, Hacı Mövsüm Səmədov nizam-intizam qaydalarını pozduğuna görə cəza kamerasına salınıb.
İslam aliminin hansı qaydanı pozduğunu şöbə rəisindən soruşsalar da, cavab verilməyib.
AİP rəsmiləri Babək İsgəndərova bildiriblər ki, Hacıya qarşı olunan bu haqsızlıqlara görə ictimaiyyətin narahatlıq keçirdiyini bildirib.
Mövsüm Səmədovun sentyabrın 30-da xüsusi cəza rejimində saxlanma müddəti başa çatacaq.