header

 İŞİD müftilərindən yeni bir fətva


Əgər İŞİD-çilər həmən şəxsi qətlə yetirsələr bu onların behiştə daxil olmalarına zəmanət yaradacaq
İŞİD terror təşkilatının müftiləri öz üzvlərindən Bəqubə şəhərinin şimal-şərqində yaşayan ən böyük qəbilələrdən birinin üzvlərini qətlə yetirmələrini istəyiblər.Məlumata görə, əgər İŞİD-çilər həmən şəxsi qətlə yetirsələr bu onların behiştə daxil olmalarına zəmanət yaradacaq.
Nardaranoiri.com Cenubnews.com İnternet Qəzetinə istinadən xəbər verir ki, Bəqubə şəhərinin şimal-şərqindən 50 km aralıda yerləşən Houz Həməreyn məntəqəsində Zərkuş qəbiləsinin başçısı Əbdüssəməd Əl-Zərkuşi bildirib ki,"İŞİD Zərkuş qəbiləsinə qarşı on birinci fitvasında bu qəbilənin üzvlərini mürtəd, onların qanlarının və əmlakının halal, həmçinin onların öldürülməsini behiştə girmək üçün bir zəmanət adlandırıb."

Əbdüssəməd Əl-Zərkuşi həmçinin qeyd edib ki,indiyədək Zərkuş qəbiləsi üzvlərindən iki mindən çox insan İŞİD terror təşkilatı tərəfindən öldürülüb.Eyni zamanda 2005-ci ildən bəri zərkuşilərə qarşı 14 əməliyyat həyata keçirilib.

Əbdüssəməd Əl-Zərkuşi İraqın daxili və xaricindəki insan haqları təşkilatlarının zərkuşilərin soyqırımı qarşısında susmalarını tənqid edib və terrorizmin kökünün kəsilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki,Zərkuş qəbiləsi Houz Həməreyn məntəqəsində ən böyük qəbilədir və son illərdə dəfələrlə müxtəlif terror qruplarının hədəfinə çevrilib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap