header

 Mövsüm Səmədov Tale Bağırovun olduğu "zon"a - Qaradağa köçürüldü

Qəfil yerdəyişmənin səbəbləri məlum deyil

Haqsız yerə həbs olunaraq, 4 ildir dustaq həyatı yaşayan Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov ötən gecə naməlum səbəbə görə, 11 saylı cəzaçəkmə müəssisəsindən çıxarılıb.

Bu haqda İslaminsesi.az-a Hacının yaxınları xəbər verərək, onun hara aparıldığından xəbərsiz olduqlarını bildiriblər.  

Müvəkkilin 12 saylı cəzaçəkmə müəssisəsinə köçürüldüyü haqda məlumatı vəkili yalnız səhər saatlarında oyrənib.

Partiyanın mətbuat xidməti Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinə zəng edərək, qəfil yerdəyişmənin səbəbləri ilə maraqlanıb.

Bu haqda məlumatın yalnız məhbusun ailə üzvlərinə və vəkilinə verildiyini bildirən xidmət əməkdaşı köcürmənin səbəblərini deməkdən imtina edib.

Partiya yetkililəri bundan sonra Mövsüm Səmədovun vəkili ilə əlaqə saxlayıblar. Lakin Anar Qasımlı bildirib ki, AİP sədrinin 12 saylı cəzaçəkmə müəssisinə təcili olaraq köçürülməsi barədə ona da məlumat verməkdən boyun qaçırıblar.

Qeyd edək ki, mübariz ruhani Tale Bağırov da 12 saylı CÇM-də cəza çəkir.
Qəfil yerdəyişmənin səbəbləri məlum deyil
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap