header

 “Mosul İŞİD-in paytaxtı oldu”

İraq prezidenti terror qruplaşması ilə bağlı açıqlamalar verib

 

İraq prezidenti Fuad Məsum ölkəsində terror aktları törədən İŞİD qruplaşması barədə açıqlamalar verib.

İraq prezidenti Fuad Məsum Fransanın “Europe-1” radiosuna müsahibə verib. Prezident ərəb ölkələrindən İŞİD-ə qarşı əməliyyatlarda hərbi dəstək istəmədiklərini, lakin dəstəklərinə ehtiyac duyduqlarını söyləyib.

“İŞİD Əl-Qaidə kimi deyil. Onlar bənzər ideoloji köklərə sahib olsalar da, İŞİD terrorçuları çox əhəmiyyətli mənbələrə sahibdir. Geniş nəzarət imkanları var, başqa ölkələrə yayılmağı planlaşdırırlar və dövlət qurmaq istəkləri mövcuddur. Mosul şəhərini də özünə xəlifə elan etmiş əl-Bağdadi paytaxt kimi göstərib. Son əməliyyatlardan sonra terror qruplaşması lideri gizlənməyə daha çox üstünlük verir.” – deyə İraq prezidenti bildirib.

 Qeyd edək ki, İraq prezidenti Fuad Məsum Fransanın vasitəçiliyi ilə təşkil edilən “İraqda sülh və təhlükəsizlik” adlı beynəlxalq konfransda iştirak etmək üçün Parisdədir./ans

 

İraq prezidenti terror qruplaşması ilə bağlı açıqlamalar verib
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap