İŞİD: Öldürülən "Əhrar əş-Şam” lideri mühacir bacıları zorlayanların rəhbəri idi
Posted on : Digər sahələr 10/16/2017 12:59:31 PM
Bəzi türk mediası bunu Bəşər Əsəd tərəfdarlarının etdiyini önə çəksə də, bu fakt “Əhrar əş-Şam” və bu qruplaşmanın daxili cəbhəsi tərəfindən təsdiqlənmədi.
Lakin İŞİD-çilərin saytları artıq öldürülən terrorçu lideri Abbud haqqında faktlar təqdim etməyə başlayıblar.
İslamazeri.az-ın verdiyi xəbərə görə, türkdilli İŞİD saytlarına görə, Abbud 2013-cü ilin sonlarında Şam torpaqlarını xilas etməyə gələn mühacirlərə savaş açmış, hətta bəzi mühacir qadınlara təcavüz edən şəbəkələrin başında dururmuş və o, bunu mediaya qürurla açıqlayırmış (qeyd: Abbud açıqlamasında İŞİD-ə qarşı ilk döyüşməsindən danışmışdı).
İŞİD mediası Abbudun daha sonra dünyəvilərlə ittifaqa girdiyini və beləliklə onun amalının şəriət olmadığını bildirirlər.
İŞİD mediası Əsəd güclərinə hücum etdiyi anda “Əhrar əş-Şam”ın həmin an onlara hücum etdiyini və dolayısı yolla Abbudun Əsədin adamı olduğunu iddia edirlər.
İŞİD mediası “Əhrar əş-Şam” liderinin həyatının qaranlıq olduğu kimi, ölümünün də qaranlıq olduğunu bildirir.