Rəsmi Bakı qırğınları niyə yoluna qoya bilmir?
Rəsmi Bakı qırğınları niyə yoluna qoya bilmir?
Posted on : Digər sahələr 08/19/2023
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev sosial şəbəkədə Şuşada tapılan kütləvi məzarlıqdan video paylaşaraq 15 nəfərin şəxsiyyətinin müəyyənləşdiyini bildirib.
“İtkin düşmüş 15 nəfərin şəxsiyyəti müəyyən edilib, onların qalıqları kütləvi məzarlıqlarda tapılıb. Ermənistan hələ də I Qarabağ müharibəsi zamanı erməni həbs düşərgələrində 4000 azərbaycanlının dəfn edildiyi, işgəncələrə, qeyri-insani rəftara məruz qaldığı kütləvi məzarlıqların yerini bildirməkdən imtina edir”, - deyə Hacıyev bildirib.
Bundan əvvəl Şuşada kütləvi məzarlıq aşkarlandığı barədə məlumat yayılmışdı.
Avqustun 1-dən 15-dək aparılan qazıntılar nəticəsində Şuşa həbsxanasının ərazisindən 17 nəfərin qalıqları aşkar edilib.
Qalıqların yeri və vəziyyətinə görə azərbaycanlı ekspertlər müəyyən ediblər ki, bu insanlar zorakılıqla ölüb, bundan sonra həbsxananın kanalizasiyasına atılıb.
Xatırladaq ki, iyun ayında Şuşa həbsxanasının ərazisində də kütləvi məzarlıq aşkar edilib.
Bütün bunlara rəğmən rəsmi Bakı birinci Qarabağ müharibəsində azərbaycanlılara qarşı törədilən cinayətlər və qırğınları beynəlxalq ictimaiyyətə inandıra və beynəlxalq məhkəmələrdə iş qaldıra bilməyib.
Bunun bir səbəbi rəsmi Bakının passivliyi yaxud təzyiqlər altında olaraq bu məsələdən vaz keçməsidir. Belə ki, elə son tapıntıya yəni Şuşa həbsxanasının ərazisindən 17 nəfərin qalıqlarının aşkar edilməsinə müvafiq beynəlxalq və xarici müşahidəçi və ekspertlər cəlb edilməyib üzərində mediya fəallığı həyata keməyib.
Bundan əlavə qərb dövlət və qurumları da bu kimi faktların sənədləşdirilməsi və ümumi fikrə çatdırılmasının əleyhinədirlər bu da onların və beynəlxalq təşkilatların azərbaycanlıların qırğınına göz yumma meyilləri və erməniləri qurban kimi təqdim etmə səylərindən irəli gəlir. Azərbaycan Respublikası qərb ölkələrinin istəklərinə tabe olmaqla bu tərəfkeşliyi dəyişməyə cəhd göstərsə də indiyədək heç bir nəticə əldə edə bilməyib.