Dağıstanda matəm günü elan edilib
Dağıstanda matəm günü elan edilib
Posted on : Digər sahələr 08/15/2023
Dağıstanda Mahaçqala kənarındakı yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində insanların həlak olması ilə əlaqədar respublikada matəm günü elan edilib.
RİA Novostinin verdiyi məlumata görə bu barədə Dağıstan Muxtar Respublikasının başçısı Sergey Məlikov fərman imzalayıb.
Respublikanın başçısı Sergey Məlikov operativ qərargahın iclasında etdiyi çıxışında bildirib ki,Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində 100-dən çox insan xəsarət alıb:
“Yüz iki nəfər həkimə müraciət edib. Moskva vaxtı ilə saat 06:00-a olan məlumata görə, 65 nəfər tibb müəssisələrindədir, onlardan 11-i uşaqdır”, - deyə respublika rəhbəri bildirib.
Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı isə ən son məlumata görə 35 nəfərə çatıb. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi RİA Novosti-yə bildirib.
“Dağıntı yerində aparılan işlər zamanı daha iki nəfərin meyiti tapılıb”, - deyə mənbə bildirib.
Onun sözlərinə görə, ölənlərin ümumi sayı 35-ə çatıb.