header

 Hindistana özüyeriyən haubitsalar sifariş verilib - AKTUAL

 Hindistana özüyeriyən haubitsalar sifariş verilib - AKTUAL

Ermənistan Hindistandan özüyeriyən 155 mm-lik “MArG” haubitsaları sifariş edib.

Tashaio.com-ın ARMENPRESS-ə istinadən məlumatına əsasən, Hindistan Müdafiə Tədqiqatları Mərkəzi bununla əlaqədar Ermənistanın satın almaq istədiyi "MArG" özüyeriyən haubitsaların sınaqlarını keçirib.

Hindistanın hərbi rəsmiləri bildiriblər ki, “Marg özüyeriyən haubitsası 8 ay ərzində hazırlanıb və Hindistan ordusu tərəfindən hərbi əməliyyatlar üçün silah sistemi axtaran Ermənistana təklif edilməzdən əvvəl sınaqdan keçirilib və bu toplardan dağlıq ərazilərdə istifadə oluna bilər.

Özüyeriyən Marg haubitsası təxminən 40 gün ərzində Ermənistan rəsmilərinin iştirakı ilə yenidən sınaqdan keçiriləcək.

Ermənistanın baş naziri Nikol Paşinyan bu yaxınlarda ölkəsinə xarici dövlətlərin silah satışından imtina etdiyini bildirmişdi.

Belə bir vəziyyətdə Ermənistanın Hindistandan “Pinaka” reaktiv atəş sistemi, habelə Sovet-Rusiya modelli “Konkurs” tank əleyhinə raketlərinin alınmasına dair saziş imzalaması diqqət çəkməyə bilməz. Həm də əvvəlcə bu sazişin dəyərinin 244 milyon dollar olduğu bildirilsə də, indi 260 milyona qalxdığı deyilir.

Hazırda Ermənistan həmçinin Hindistandan PUA və dron kamikadze, həmçinin “Akaş” zenit-raket kompleksi almaq üçün danışıqlar aparır.

Erməni ekspertlər deyirlər ki, Hindistan hökuməti rəqibi Pakistanın Azərbaycanı dəstəkləməsinə cavab olaraq Ermənistanı silahlandırmaqda maraqlıdır.

O da qeyd olunur ki, Hindistan silah istehsalında “Rusiya standartlarına” yaxındır və bu baxımdan Hindistanın Ermənistana silah satışına ABŞ-ın razılığı gündəmə gəlir və ABŞ Ermənistanı Rusiyanın təsir dairəsindən tədricən çıxarmaq üçün addımlarını sürətləndirir.

Bu arada Ermənistan müxalifəti iddia edir ki, ABŞ Nikol Paşinyana Rusiya ordusunu ərazisindən çıxaracağı təqdirdə dərhal 20 milyard dollar yardım ayıracağını vəd edib. Ehtimal olunur ki, Hindistan ABŞ-ın razılığı ilə regiona daxil edilir.

Ermənistan Hindistandan özüyeriyən 155 mm-lik “MArG” haubitsaları sifariş edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-09-2023
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap