Əmir-Abdullahiyan Qətər əmiri ilə görüşüb
Əmir-Abdullahiyan Qətər əmiri ilə görüşüb
Posted on : Digər sahələr 01/11/2022
İranın xarici işlər naziri Dohada Qətər əmiri ilə görüşüb.
Tashaio.com-ın məlumatına əsasən, Bu gün Qətərə səfər edən Hüseyn Əmir-Abdullahiyan Qətər dövlətinin əmiri Şeyx Təmim bn Həməd Ali-Sani ilə görüşüb.
Əmir-Abdullahiyan Dohaya daxil olarkən belə deyib: Qətərdə öncə bu ölkənin əmiri, sonra isə xarici işlər naziri ilə görüşəcəyəm. Bəzi ikitərəfli, regional və beynəlxalq məsələlər diqqət mərkəzində durur.
Əmir-Abdullahiyan öz regional səfərinin ikinci məqsədi kimi, Omandan sonra bu gün Qətərin paytaxtı Dohaya daxil olub.