header

 Zərif: “ABŞ və Avropa ölkələri bölgəyə silah satışını dayandırmalıdır”

 Zərif: “ABŞ və Avropa ölkələri bölgəyə silah satışını dayandırmalıdır”

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ, Fransa və bəzi Avropa ölkələrinin bölgəyə (Qərbi Asiya) silah satışlarının dayandırılması üçün çağırış edib.

Tashaio.com İRNA-ya istinadən xəbər verir ki, Qərbi Asiya regionu problemlərinin mənbəyi ilə bağlı verilən sualı cavablandıran Zərif, belə deyib: “Bölgədəki problem milyardlarla dollarlıq silah satışındadır və bu bölgəni barıt anbarına çevirib.

 

Fransa və ya ABŞ bölgədəki silah vəziyyəti barədə danışmaq istəsələr, əvvəlcə dünyada silahların 25%-nin satılmasını dayandırmalı və sonra bu barədə danışmalıdırlar. Yəmən və Fələstin xalqını məhv edib bölgəmizə 100 milyard dollar dəyərində silah satanların bu qeyri-insani satışını dayandırma ehtimalını uzaq bir ehtimal kimi görürəm”.

 

ABŞ və Avropanı Nüvə razılaşması və İNSTEX müqaviləsini pozduqlarına görə, bir daha tənqid edən Zərif, avropalıların İNSTEX adlı kiçik bir təşəbbüsdə belə müvəffəq olmadıqlarını və İNSTEX-i maliyyələşdirə bilmədiklərini söyləyib.

 

ABŞ-ın yeni rəhbərliyi ilə bağlı məsələyə də toxunan Zərif, belə deyib: “Top indi onların meydanındadır. ABŞ-ın yeni rəhbərliyi öz öhdəliklərini yerinə yetirməlidir”.

 

İran və ABŞ-ın nüvə müqaviləsinə qayıtmasının vaxtı və formasına toxunan Zərif, belə deyib: “Danışıqlara ehtiyac yoxdur. Baş verən şey, ABŞ hökumətinin qanunları və öhdəliklərini pozmasıdır. Heç kim öhdəliklərini yerinə yetirmək üçün yenidən danışıqlar aparmır”.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ, Fransa və bəzi Avropa ölkələrinin bölgəyə (Qərbi Asiya) silah satışlarının dayandırılması üçün çağırış edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-21-2021
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap