Səudiyyənin neft obyektlərinə hücum zamanı `Patriot`lar niyə işə düşmədi?
Posted on : Digər sahələr 09/19/2019
ABŞ Dövlət katibi Mayk Pompeo bunu şərh etdi
ABŞ Dövlət katibi Mayk Pompeo, Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemlərinin, o cümlədən Amerika Patriot raketdən müdafiə sistemlərinin neft sahələrinə raket hücumunu dəf edə bilməməsindən təəccüblənmədiyini deyib.
FaktXeber.com-un RİA Novosti-yə istinadla verdiyi məlumata görə, diplomat bu cür sistemlərin "dəyişkən uğura" malik olduğunu bildirib.
"Hətta dünyanın ən yaxşı sistemləri həmişə hədəfi vurmur", - deyə Pompeo bəyan edib.
Xatırladaq ki, bundan əvvəl prezident Vladimir Putin Səudiyyə Ərəbistanının krallığın vacib obyektlərini qorumaq üçün Rusiyadan S-300 və ya S-400 almalarını təklif etmişdi.