İraqdakı kütləvi məzarlıqlarda 12 mindən çox İŞİD qurbanı aşkar edilib
Posted on : Digər sahələr 09/04/2019
İraqdakı İnsan Hüquqları üzrə Ali Komissarlığın üzvü Əli Əl Bayati 200-ə yaxın kütləvi məzarlığın aşkar edildyi haqda məlumat verib. Məzarlıqlarda 12 minə yaxın cəsədin olduğu bildirilir.
İraqdakı İnsan Hüquqları üzrə Ali Komissarlığın üzvü Əli Əl Bayati 200-ə yaxın kütləvi məzarlığın aşkar edildyi haqda məlumat verib. Məzarlıqlarda 12 minə yaxın cəsədin olduğu bildirilir.
"Tashaio.com"un Parstoday.com-a istinadən verdiyi xəbərə görə, məzarlıqlar əsasən İŞİD terrorçuların ələ keçirdiyi ərazilərdə aşkar edilmişdir. Əli Əl Bayatinin sözlərinə görə, İŞİD tərəfindən 7 min insan oğurlanmışdır. BMT-nin qeydlərinə əsasən, 600 nəfər qadın və 120 uşaq daxil olmaqla, 1 200 türkmən oğurlanmışdır.
İŞİD 2014-cü ildə ABŞ-ın, qərb və ərəb ölkələrinin dəstəyi ilə İraqın ərazisinə soxulmuş, ölkənin şimal və qərb ərazilərini ələ keçirərək dinc insanlara qarşı amansız cinayətlər törətmişdir.