header

 "Bakıda da İŞİD var, ehtiyatlı olun"

Kərkükdə İŞİD terror dəstəsinin əlindən yaxa qurtaran və Bakıya pənah gətirən Nicat adlı türkman Azərbaycan Respublikasında da İŞİD terrorçuların olduğunu deyir və bu haqda xəbərdarlıq edir


Ərdəbil Məhde Təşəyyo - Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Kərkükdə İŞİD terror dəstəsinin əlindən yaxa qurtaran və Bakıya pənah gətirən Nicat adlı türkman Azərbaycan Respublikasında da İŞİD terrorçuların olduğunu deyir və bu haqda xəbərdarlıq edir.

Bakıya pənah gətirən türkman deyir ki, İŞİD terrorçuları sırasında bir nəfər də olsun, iraqlı yoxdur. Hamısı kənar ölkələrdən bura gətirilən vəhhabilərdir. Hərəsinə aylıq 15 min ABŞ dolları verirlər.

Əsirliyə alınan bir İŞİD-çi ilə rastlaşdım. O tər-təmiz türkcə danışırdı. amma Əslən malatyalı idi.

Kərküklü türkman deyir ki, Türkiyədən 2 min nəfərə yaxın insan İŞİD sıralarında döyüşür. Onlar bir komandanlıq altındadır.

Kərküklü türkman bildirib: “Ərəbli, kürdlü, türkmanlı bütün iraqlılar zülm yaşayır. Ən çətin durumda olan isə, bizim türkmanlardır.

Kərkükdən ata yurdu olan Azərbaycana pənah gətirən türkman hamıya Bakıda da ehtiyatlı olmağı tövsiyə etdi:

“Siz bəlkə onları tanımırsınız. Mən onların qiyafəsindən, insanlara baxışından anlayıram. İŞİD-in dəstəkçiləri sizdə də az deyil. Məscidlərinizə getmişəm, görmüşəm. Onlarla ehtiyatlı olun, siz hələ onların necə cəllad olduğunu bilmirsiniz. İnsan başı kəsmək onlar üçün gündəlik işdir”.

Kərkükdə İŞİD terror dəstəsinin əlindən yaxa qurtaran və Bakıya pənah gətirən Nicat adlı türkman Azərbaycan Respublikasında da İŞİD terrorçuların olduğunu deyir və bu haqda xəbərdarlıq edir
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap