header

 İnsanın liqaullahına (Allahı qəlb gözü ilə görməsinə) mane olan ən mühüm hicab (maneə) nədir?

Ayətullah Məkarim Şirazinin əxlaq dərslərindən...

Şübhəsiz, özünü sevməkdən, özünü üstün bilməkdən və xudpəsəndlikdən böyük hicab yoxdur. Bəzi əxlaq alimlərinin ifadəsi ilə desək, "ənaniyyət" ("mən-mən" demək) Allah yolunun yolçuları üçün ən böyük maneədir. Liqaullaha nail olmaq yolu "ənaniyyət"i kökündən çıxarıb atmaqdır. Lakin bu iş o qədər də asan deyil. Çünki bir növ özündən ayrılmaqdır.

تو خود حجاب خودى، حافظ از ميان برخيز!
"Sən özün öz hicabınsan, Hafiz, aradan qalx!"

Lakin bu iş müntəzəm məşqlər etmək, ruhi tərəqqiyə nail olmaq, Allahdan kömək diləmək və Allah övliyalarına təvəssül etmək sayəsində mümkündür. Bəli, bəli! Nə qədər ki, Allahdan qeyrisinə sevgi ot-alağı kökündən ürəkdən qoparılmayıb, Ona məhəbbət tingi inkişaf edib artmayacaqdır.

Allah övliyalarından birinin başına belə bir hadisə gəlir: Nəql edirlər ki, o, cavanlıq çağlarında qəhrəman pəhləvanlar sırasında imiş. Bir gün bu cavan pəhləvana sultanın qədim və şöhrətli pəhləvanı ilə güləşməyi təklif edirlər. Pəhləvanlar camaatın toplaşdığı güləş meydanında qurşaq tutmağa hazırlaşırlar. Sonradan qədim pəhləvanın anası cavan pəhləvanın yanına gəlib qulağına deyir: "Ey cavan! Belə görünür ki, sən bu meydanın qalibisən. Bir ömürdən sonra ləyaqətimizin alçalmasına və çörəyimizin kəsilməsinə bais olma!"

Cavan pəhləvanın daxilində "ənaniyyət" və şah-şöhrət qazanmaqla ad-sanı, şərəf və ləyaqəti ayaq altına qoymaq arasında ağır çəkişmə başlayır. Nəhayət o, öz qərarına gəlir: Müsabiqənin həlledici anında güzəştə gedir, rəqib onun kürəyini yerə vurur və camaatın gözündə xar olur.

İndi onun özündən eşidin: "Kürəyim yerə dəyən zaman qəflətən gördüm ki, hicablar gözümün önündən çəkildi, haqqın təcəlliləri qəlbimdə nur saçmağa başladı. Qəlb gözləri ilə nəyi görməliydimsə, görməyə başladım."

Bəli... Bu bütü sındırmaqla tovhidin əsərləri üzə çıxır.

“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars

Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
SiteMap