header

 Namazla bağlı 10 tövsiyə

Cənab Rəhbər Ayətullah Xamenei uzun illər öz tövsiyələrində namaz mövzusuna geniş yer vermişdi. Allahla rabitələrin gücləndirilməsi, namaza bağlılıq Cənab Rəhbərin tövsiyələrində diqqət mərkəzində saxlanılıb. Ayətullah Xameneinin bəyanatlarında yer almış tövsiyələrdən bir qismini yada salırıq.
1. Hüzuri-qəlb, namazda qəlbin iştirakı üçün çalışacaq
Namazın ruhu və cismi var. Çalışaq ki, namazın cismi ruhsuz olmasın. Deməyək ki, ruhsuz namaz təsirsizdir. Təbii ki, namaz təsirlidir. Amma İslam, Quran, şəriət, Peyğəmbər (s) və imamların (ə) nəzərdə tutduğu namaz həm cismə, həm də ruha malikdir.
Namazın cismi onun ruhundan təsirlənir. Namazın qiraətində, rükuda, səcdələrdə, əlləri qaldırmaqda, ucadan və ya yavaşdan danışmaqda namazın ruhu təsirsiz deyil. Bütün bu hərəkətlərin öz sirri var. Onlar namazın formasını təşkil edir. Namazın forması çox mühümdür. Amma onun ruhunu diqqət təşkil edir. İnsan bu əməlləri yerinə yetirərkən diqqətli olmalıdır. Bu diqqət təsirlidir.
İnsan namazı diqqətlə, qəlbin iştirakı ilə qılmalıdır. Hüzuri-qəlb deyəndə fikirdən ötənlərə, dildən çıxanlara diqqət nəzərdə tutulur. Belə olmasın ki, namaz qılan insan nə dediyini anlamasın. Mən sizinlə danışanda siz dinləyicisiniz. Danışan düşünür ki, kimin üçünsə danışır və onu dinləyirlər. Namaz da belədir. Namazda müraciət etdiyimiz tərəf var. Hətta namazın sözlərinin mənasından xəbərsiz insan Allah qarşısında dayandığını hiss etsə Allaha yaxınlaşar. Amma dediyi sözlərin mənasını, təfsirini bildiyi halda namazda Allahın hüzurunda olduğunu yaddan çıxarmaq namazın ruhunu məhv etməkdir.
Hüzuri-qəlb, diqqət çalışmaqla əldə olunan hallardır. Namaz qılan insan varlıq aləminin yaradıcısı qarşısında dayandığını unutmamalıdır. Bu hal nə qədər güclü olarsa namazın qəbulu asanlaşar. Namazın təsiri onun bir neçə cümləsi barədə düşünməklə xülasələşmir, namazda qəlb iştirak etməlidir.
2. Namazın sözlərini başa düşək
Bütün namaz qılanlar çalışmalıdırlar ki, namazda deyilən sözləri dərk etsinlər. Biz namazda Allahla danışırıq. Əziz və Rəhim Allah tərəf-müqabilimizdir. Namaz qılanın ruhunu doyuran feyz çeşməsidir. Amma bu o demək deyil ki, namazda qəlbi iştirak etməyən, diqqəti yayınan insan namaz qılmamalıdır. Namaz bütün hallarda vacibdir və namazın tərki Allahla söhbət fürsətini əldən çıxarmaqdır. Biz namazın tərcüməsini milyonlarla nüsxə çap edib yaymalıyıq, hamı namazın sözlərini dərk etməlidir. Təbii ki, ərəb dilini bilməyənlər namazın mənasını anlamır. Əgər namazda Allahla danışdıqlarını hiss etsələr, böyük fayda götürərlər. Amma bütün hallarda namazın mənasını öyrənməyə çalışaq. Namazın mənasını öyrənmək asandır. Cümlələrin tərcüməsini qısa vaxtda öyrənmək olar. Namazı onun sözlərinə diqqət yetirməklə qılaq. Namaz insanı Allaha yaxınlaşdırır. Amma unutmayaq ki, təqvalı insan buna nail olur.
3. Namazın müstəhəb, bəyənilən əməlləri hüzuri-qəlbi gücləndirir
Rəvayətlərdə namazın müxtəlif halları üçün müəyyən xüsusiyyətlər nəzərdə tutulub. Namaza dayananda hara baxmaq, səcdədə, rükuda gözlərin hansı vəziyyətdə olması rəvayətlərdə şərh olunur. Bəzi rəvayətlərdə deyilir ki, namaza duranda qabağa baxın, bu hal qəlbin iştirakını gücləndirir. Amma bütün bunlar vacib yox, müstəhəbdir.
4. Namazda ixlaslı olaq, riyaya yer verməyək
Əgər namaz qılan insanın məqsədi Allaha yaxınlaşmaqdırsa, diqqəti Allahdadırsa, namazı ixlasla qılırsa, bu ən üstün ibadətdir. Əgər namazda başqa məqsəd varsa, məsələn insan öz namazı ilə kiminsə diqqətini cəlb etmək istəyirsə, bu ibadət yox, günah olur. Riyakarlıq kəbirə, böyük günahdır. Riya ilə qılınan namaz buna bir misal ola bilər.
5. Diqqətsiz namaz qəlbi bərkidir
Mərhum Şeyx Məhəmməd Bəhari yazır ki, diqqətsiz dua, zikr, olsun ki namaz qəlbi bərkidir. Qıldığımız namaz qəlbimizi daşlaşdıra bilər. Əgər namazda qəlb iştirak etmirsə, bu təhlükəlidir. Qəlbi duyğulandıran, ona səfa verən insanın Allaha diqqətidir. Diqqətsiz namaz qəlbin bərkiməsinə səbəb olur.
6. Namaza gənclikdə adət edin
Yeniyetmə, gənclik dövründə namaza diqqətli olanlar yaşa dolduğu zaman namazı ixlasla qılırlar. Yaşlı adamın namaza başlaması mümkündür, amma ixlasla namaz qılması çətindir. Buna görə də elə gənc yaşda namazı diqqətli qılın, onun sözlərinin mənasına fikir verin, namazı gözəl səslə qılın. Bu şərtlərə əməl edildikdə insan qəlbi Allahın hüzurunu hiss edir. İnsan ürəkdən danışır, dediyi sözlər qəlbindən qaynaqlanır. Əgər namazdan ləzzət alırsansa, artıq namaz çətin gəlmir, zəhmət sayılmır.
7. Namaza yüngül yanaşmayaq
İmam Sadiq (ə) ölüm yatağında belə bir vəsiyyət edir: “Namaza yüngül yanaşan bizdən deyil.” Yüngül yanaşmaq əhəmiyyət verməməkdir. Namaz bütövlükdə insandan nə qədər vaxt istəyir? Vacib namaz 17 rəkətdir və çox diqqətlə qılınsa bu 17 rəkət 34 dəqiqə vaxt aparar. Adi halda namaz daha az vaxt alır. Bəzən televizor qarşısında insanın dünya və axirətinə faydası olmayan proqramlara saatlarla vaxt sərf edirik. Taksi gözləyəndə, avtobus dayanacağında, görüş yerində, qəbul otaqlarında nə qədər vaxt hədərə gedir?! İnsan ömrünün ən səmərəli xərclənən vaxtı namaza sərf olunan 20-30 dəqiqə vaxtdır.
8. Namazı ilk vaxtda qılaq
Hər bir iş vaxtında görüldükdə daha yaxşıdır. Namaz da başqa işlər kimi vaxtında yerinə yetirilsə səmərəsi çox olar. Namazın ilk vaxtda qılınması isə böyük fəzilətlərə malikdir. Namazı yubatmaqda bəla var. Namazı ilk vaxtda qılıb, onu təxirə salmaqdan çəkinək. Mömin insan utandığı üçün xeyir işi tərk etməz. Bəzən soruşanda ki, nə üçün namazı vaxtında qılmadınız, deyirlər ki, məclisdə namaz qılmağa utandım. Heç bir yaxşı işi xəcalət səbəbindən tərk etməyək. Əgər deyəcəklərsə ki, özünü göstərir, qoy desinlər. Namazı ilk vaxtda qılmaq yaxşıdırsa, kim nə deyir desin, onu ilk vaxtda yerinə yetirək.
Bir institutda, mərkəzdə çalışdığımız zaman namazı ilk vaxtda qılmağımızın işə maneçiliyi yoxdur. İş elə proqramlaşdırıla bilər ki, tələbələr, müəllimlər, işçilər namazı vaxtında qıla bilsin. Namaz insan qəlbini paklayır. Namazı vaxtında qılmaqla qəlblərimizi nurani edək.
Tələbə mühitində din öyrənmək, Allahı tanımaq, övliyalar barədə oxumaq, ərəfə duası oxumaq, etikaf keçirmək, camaat namazı qılmaq çox yaxşıdır. Qeyd edim ki, dini mərasimdə mərasimin ruhuna diqqətli olaq. Mərasim formal olmamalıdır. Şer oxunanda gözdən təbii olaraq yaş gəlməlidir. Dua və namazın ruhu Allahla əlaqə, tanışlıq, paklanmq, zinətlənməkdir. İnsan ibadət edir ki, öz düşüncəsini şəkk-şübhələrdən təmizləsin. Namazı ilk vaxtda qılaq, təxirə salmayaq. Namaz ən xeyirli əməldir və heç bir şəraitdə namaz qılmaqdan utanmaq lazım deyil.
9. Namazı məsciddə camaatla qılaq
Haqqın bərpasında namazın rolu məscidlərin abadlaşması, cəmiyyət namazlarının artmasıdır. Demək, namaz cəmiyyəti islah edir. Namaz vacib dini əməl olaraq bütün ictimai həyatımızı əhatə edir. Namaz cəmiyyətlə qılındıqda onun təsiri daha böyük olur. 5 vaxt cəmiyyət namazı, cümə namazı, bayram namazları belə ictimai təsirə malikdir. Namazın keyfiyyəti onun qəlbin iştirakı ilə qılınmasındadır. Namaz qılan insan Allahla görüşü hiss etməli, Allahla danışdığını anlamalı, özünü Allahın hüzurunda görməlidir. Bacardığımız həddə namazı məsciddə cəmiyyətlə qılaq.
10. Nafilə namazlarına əhəmiyyət verək
Xüsusi ilə gənclərə tövsiyəm budur ki, namazla ünsiyyətlərini gücləndirib, ondan faydalansınlar. Allahın əzəmətini hiss etməklə namaza dayansaq faydamız böyük olar. Bu halı özümüzdə yaratmağa çalışmalıyıq. Xüsusi ilə sübh və şam namazının nafilələrini yerinə yetirməyə çalışaq. Əgər aramızda namazdan uzaq düşənlər varsa onları bu böyük günahdan çəkindirək. Bu işi şirin dillə, xoş rəftarla yetirmək lazımdır. Övladın, xüsusi ilə yeniyetmələrin namazına görə valideynlər məsuliyyət daşıyır.

“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars

Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
SiteMap