header

 “Qubad İbadoğlu dərhal və qeyd-şərtsiz azadlığa buraxılmalıdır”

 “Qubad İbadoğlu dərhal və qeyd-şərtsiz azadlığa buraxılmalıdır”

Beynəlxalq insan haqları təşkilatı Amnesty International Azərbaycan hakimiyyətini müxalif siyasətçi və iqtisadçı Qubad İbadoğlunu dərhal həbsdən azad etməyə çağırıb.

Qeyri-qanuni həbsdə olan azərbaycanlı alim və siyasi fəal Qubad İbadoğlunun səhhətinin vəziyyəti ciddi şəkildə pisləşir, Amnesty İnternational təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üzrə tədqiqatçısı Natalya Nozadze deyib.
“Qubad İbadoğlunun qondarma ittihamlarla həbsi Azərbaycan hakimiyyətinin müxalif fikirlərə və dinc tənqidçilərə qarşı mübarizədə cinayət ədliyyə sistemindən necə sui-istifadə etməsinə daha bir nümunədir. Onunla pis rəftar olunması İbadoğlunun vəziyyətini daha da ağırlaşdırır. Qubad İbadoğlu dərhal və qeyd-şərtsiz azadlığa buraxılmalı və onunla pis rəftara görə məsuliyyət daşıyanlar məsuliyyətə cəlb edilməlidir”, - deyə Nozadze Amnesty İnternational-ın saytında dərc olunan müraciətdə bildirib.

Nozadze yekunda deyib: “Qubad azadlığa buraxılmazdan əvvəl hakimiyyət onun ən keyfiyyətli tibbi xidmətə çıxışını təmin etməyə borcludur; bu tələbin yerinə yetirilməməsi işgəncə və ya pis rəftarın digər növləri kimi qiymətləndirilə bilər”.

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlunu saxta pul hazırlamaq ittihamı ilə 3 ay 26 gün müddətinə həbs edib. Azərbaycan DİN İbadoğlunun 2016-cı ildə Türkiyədə dövlət çevrilişi cəhdində ittiham olunan Fətullah Gülənin tərəfdarları ilə əlaqəsi olduğunu bildirib. Avqustun 25-də ona qarşı "dini-ekstremist materiallar hazırlama, saxlama və ya yayma" ittihamı irəli sürülüb.

Biri-biri ilə heç bir uyğunluğu olmayan bu ittihamlar Qubad İbadoğlu tərəfindən edilir. İbadoğlu bu ittihamları absurd hesab edir. Bir çox beynəlxalq təşkilatlar və rəsmi şxəslər rəsmi Bakını siyasətçini dərhal azad etməyə çağırıblar.

Beynəlxalq insan haqları təşkilatı Amnesty International Azərbaycan hakimiyyətini müxalif siyasətçi və iqtisadçı Qubad İbadoğlunu dərhal həbsdən azad etməyə çağırıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-10-2023
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap