header

 Netanyahuya qarşı etirazlar 34 həftədir davam edir

 Netanyahuya qarşı etirazlar 34 həftədir davam edir

İşğal olunmuş ərazilərin sakinləri 34-cü şənbə dalbadal sionist rejimin baş naziri Benyamin Netanyahuya və onun məhkəmə islahatları planına qarşı aksiya keçiriblər.

Minlərlə nəfər onlarla bölgədə, o sıradan Təl-Əvivin mərkəzində sözügedən etiraz aksiyasını keçirib.

Etirazçı sionistlər qalmaqala səbəb olan "məhkəmə dəyişiklikləri" layihəsi ilə müxalifətlərini bir daha elan və bu layihənin qəbul olunması prosesinin tam şəkildə dayandırılmasını tələb ediblər.

Aksiyaçılar həmçinin/ Netanyahunun/ məhkəmə aparatını zəiflətmək, iqtisadiyyatı məhv etmək və təhlükəsizlik şəraitinə nəzarəti uğursuz qoymaq üzrə planına qarşı şüar veriblər.

Etirazçılar bildiriblər ki, "məhkəmə dəyişiklikləri" layihəsi  sionist rejimdə iddia edilən demokratiyaya ağır zərbə vuracaq.

Sionist rejimə hakim kəsilmiş hökumət bundan öncə öz nümayəndələrinin himayələrilə Netanyahunun təklif etdiyi "məhkəmə dəyişiklikləri" layihəsi çərçivəsində «anlaşıqlılıq arqumentinin ləğvi» adlı qanun layihəsini knessetdə qəbul etdirmişdi.

Bu qanunun qəbul edilməsi, sionist rejimin məhkəmə aparatının səlahiyyətlərinin azaldılması istiqamətində atılan ilk addımdır.

Sözügedən qanuna əsasən, sionist rejimin məhkəmə aparatı daha bu rejimin nazirlər kabinetinin və onun nazirlərinin qərarlarını/ aqilanə olmamaları bəhanəsi ilə ləğv etmək hüququna malik deyildir.

Bu qanunun qəbulundan sonra sionist rejim ordusu və sionistlər kütləsi səviyyəsində, həmçinin  siyasi səviyyədə böhran və parçalanmaların güclənəcəyi proqnoz edilir.

İşğal olunmuş ərazilərin sakinləri 34-cü şənbə dalbadal sionist rejimin baş naziri Benyamin Netanyahuya və onun məhkəmə islahatları planına qarşı aksiya keçiriblər.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-28-2023
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap