header

 Türkiyə mafiya üçün necə cənnətə çevrildi?

 Türkiyə mafiya üçün necə cənnətə çevrildi?

Türkiyəli bir analitik Türkiyənin son illərdə beynəlxalq mafiya üçün cənnətə çevrildiyini faş edib.

“Bir gün” jurnalının köşə yazarı Teymur Soykan “Türkiyə necə mafiya bazasına çevrildi” başlıqlı məqaləsində bildirib: “Ədalət və İnkişaf Partiyasının iqtidarı dövründə Türkiyədə qəbul olunan qanunlar bu ölkəni faktiki olaraq mafiya və çirkli pulların yuyulmasının bazasına çevirib”.

Müəllif qeyd edir ki, “Dünya mafiyasının Türkiyəyə axışmasının bir çox səbəbi var. Bunlardan biri odur ki, bu cinayətkar qruplaşmaların liderləri 500 min dollara Türkiyə vətəndaşlığı ala bilərlər. Onlar Türkiyədə yaşayıb öz əməllərini həyata keçirə bilərlər və axtarışda olduqları halda Türkiyəyə gəlib gizlənə bilərlər və əmin olun ki, Türkiyə onları təhvil verməyəcək və bu cinayətkarları həbs etmək istəyən ölkələrə deyəcək ki, onları özümüz mühakimə edəcəyik. Beləliklə də Türkiyə bu insanlar üçün cənnətə çevrilib və Türkiyənin bu mövqeyi digər cinayətkarlar üçün dəvət kimidir”.

Teymur Soykan bu barədə fakt da təqdim edib. “Əhməd Nəziri bir beynəlxalq cinayətkardır. O şəbəkə yaratmaqla forex adı altında internet fırıldaqçılığı edib və hər il 250 milyon dollar oğurluq pul qazanıb. Maraqlıdır ki, belə bir şəxsə Türkiyə vətəndaşlığı verilib və o hazırda Türkiyənin Əskişəhər şəhərində yaşayır və hətta bu fırıldaqçı adama silah gəzdirmək üçün icazə verilib. O, dünyada beynəlxalq axtarışda olduğu halda burada silahlı cangüdənləri ilə gəzib dolaşır.

Köşə yazarının fikrincə, Türkiyədə belə nümunələr çoxdur və bu ölkədə çirkli pulların yuyulması asanlıqla həyata keçirilir. Bu mafioz qrupların vasitəsilə Türkiyədə silah gəzdirmək və ondan istifadə də artıb və konkret olaraq İstanbuldakı “Esenyurt” kimi bəzi bölgələrdə cəngəllik qanunu hakim kəsilib.  

Bir Gün qəzetinin icmalçısı sonda fikrini bu cümlə ilə yekunlaşdırıb: “Türkiyədə mafiya hökumət qurur, qarşımızda duran mənzərə budur”.

Türkiyəli bir analitik Türkiyənin son illərdə beynəlxalq mafiya üçün cənnətə çevrildiyini faş edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-28-2023
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap