header

 Q.İbadoğlu təcridxanada işgəncələrə məruz qalır

 Q.İbadoğlu təcridxanada işgəncələrə məruz qalır

Tanınmış iqtisadçının qardaşı Qubad İbadoğluna işgəncə verildiyini iddia edib.

Kürdəxanı istintaq təcridxanasında saxlanılan iqtisadçı Qubad İbadoğluya qardaşı Qalib Bayramovla görüşə icazə verilib. Bayramov sosial şəbəkədə bildirib ki, Qubadın gözlərinin altı tuluqlanıb, şişkinlik hələ də çəkilməyib. Həmçinin onda sinir sisteminin pozulması əlamətləri müşahidə olunur. Qan təzyiqi, şəkər və ürək döyüntüsü hələ də normallaşmayıb. Üstəlik gecələr kamerada işıqlar söndürülmür. “Bu vəziyyət onsuz da əsəbləri pozulan qardaşımın normal yatmasına imkan vermir. Bu da gün ərzində xroniki yorğunluğa və başağrılarına səbəb olur. Bir daha əmin oldum ki, gecələr işıqların yanılı saxlanılması qardaşıma qarşı fiziki işgəncə vasitəsidir”, - deyə Qalib Bayramov vurğulayıb.

Tanınmış iqtisadçının qardaşı Qubad İbadoğluna işgəncə verildiyini iddia edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-28-2023
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap