header

 Fələstinli əsirlər aclıq aksiyası keçirirlər

 Fələstinli əsirlər aclıq aksiyası keçirirlər

Fələstinli əsirlərin məsələləri üzrə informasiya idarəsi bildirib ki, sionist rejim məhbəslərindəki minə yaxın fələstinli əsir bu rejimin zindanlar idarəsinin pozuntuları və təcavüzlərinə etiraz olaraq, aclıq aksiyasına başlayıb.

Benyamin Netanyahunun sağ ifratçı nazirlər kabinetinin və Ben-Qvir kimi ekstremist nazirlərin hakimiyyətə gəldikləri zamandan bəri sionist rejim məhbəslərindəki fələstinli əsirlərin şəraiti daha da ağırlaşıbdır.

Fələstinli əsirlər üzrə informasiya idarəsinin direktoru Əhməd Əl-Qədrə dünən deyibdir ki: Əsirlərin kollektiv tətilə daxil olmalarından sonra bütün fələstinlilər onları himayə istiqamətində sionist zindan məmurlarının zülmlərilə mübarizə yolunda ümumi hazırlıq elan edib, küçələrə çıxmalıdırlar.

O, həmçinin fələstinli qrupların və xalqın sionistlərin əsirlərə qarşı təcavüzlərinə hiddətlərini göstərmələri üçün Fələstin xalqını bu gün cümə namazından sonra geniş aksiya keçirməyə çağırıb.

Fələstinli əsirlərin məsələləri üzrə informasiya idarəsi bildirib ki, sionist rejim məhbəslərindəki minə yaxın fələstinli əsir bu rejimin zindanlar idarəsinin pozuntuları və təcavüzlərinə etiraz olaraq, aclıq aksiyasına başlayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-19-2023
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap