header

 Qarabağda internet kəsilib

 Qarabağda internet kəsilib

Qarabağdakı separatçılar iddia ediblər ki, avqustun 17-də saat 17:55-də Azərbaycan tərəfi internetin fiber-optik kabelini kəsərək Qarabağla Ermənistan arasında əlaqəni pozub.

Tashiao.com-ın məlumatına görə, Ermənistan mətbuatı Qarabağ separatçılarına istinadla bildirib ki, Laçın sərhəd-keçid məntəqəsi yaxınlığında kabel qırılıb və Azərbaycan tərəfi erməni mütəxəssisləri həmin yerə buraxmır. Səhər saatlarından kabelin bərpası üçün sülhməramlıların iştirakı ilə danışıqlar aparılır. Hazırda Qarabağda internet yoxdur.

Həmin mənbələr avqustun 18-nə keçən gecə Qafan hava limanının binasının Azərbaycan tərəfdən atəşə tutulduğunu və ona ziyan dəydiyini bildirir. Bu hava limanı Azərbaycanın Qubadlı rayonu ilə sərhəddən bir neçə yüz metr aralıda yerləşir.

Azərbaycan tərəfi hələ ki ermənilərin bu açıqlamalarına münasibət bildirməyib.

Qeyd edək ki, Azərbaycan torpağı olan Qarabağ işğal dövründə olduğu kimi 2-ci Qarabağ müharibəsindən sonra da Azərbaycan Respublikasının nəzarətinə keçməyib və oradakı separatçılar qeyri-qanuni hökumətlərini bu dəfə Rusiyanın dəstəyi ilə davam etdirirlər. Məhz buna görə də bütün ehtiyaclarının xüsusiylə də təhlükəsizlik nöqteyi nəzərindən ciddi əhəmiyyət kəsb edən internet imkanının rəsmi Bakı tərəfindən təmin olunmalı olan Qarabağda bütün bunlar qonşu ölkə Ermənistan tərəfindən həyata keçirilir. Bir çoxları bu sualı gündəmdə saxlayırlar ki, Azərbaycan Respublikası ərazisində yaşayan Qarabağ ermənilərinin ehtiyacları o sıradan da  internet və mobil telefon əlaqəsi niyə Bakıdan təmin olunmur?

Qarabağdakı separatçılar iddia ediblər ki, avqustun 17-də saat 17:55-də Azərbaycan tərəfi internetin fiber-optik kabelini kəsərək Qarabağla Ermənistan arasında əlaqəni pozub.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-19-2023
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap