header

 Seyid Həsən Nəsrullah: "Amerika İŞİD-i geri qaytarmağa çalışır"

 Seyid Həsən Nəsrullah: "Amerika İŞİD-i geri qaytarmağa çalışır"

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah Pakistan, Suriya və Şirazın Şahçıraq ziyarətgahında baş verən terror hadisələri ilə bağlı başsağlığı verərək öz açıqlamasında bildirib ki, ABŞ İŞİD terror qruplaşmasının bir çox sahədə öz mənfur fəaliyyətlərinin bərpa etməsinin ardıncadır.

Məlumata görə, Livan Hizbullahının baş katibi bazar ertəsi axşam 2006-cı il müharibəsində sionist rejimə qarşı müqavimətin qələbəsinin 17-ci ildönümü münasibətilə çıxış edib.

Seyid Həsən Nəsrullah öz çıxışında 2006-cı ilin bu günündə baş vermiş Livanın müxtəlif bölgələrinin əhalisinin sionist təhdidlərinə əhəmiyyət vermədən öz evlərinə qayıtdıqlarını vurğulamışdır. O, çıxışının davamında buyurub ki, "Bu cəsur qayıdış millətimizin sabitliyini və bu torpağa bağlılığı və möhkəmliyini göstərir ki, əlbətdə bu da müqavimət seçimi idi"

Hizbullahın baş katibi bu müharibədə Allahın vədlərinin yerinə yetirilməsinə dair bir çox nümunəvi hadisələri gözlərimizin önündə olduğuna işarə edərək əlavə edib ki, "hər fürsətdə baş vermiş bu hadisələri, qəhrəmanlıq hekayəərini və möcüzə yaradan hər kəsə minnətdarlığımı bildirirəm. Bununla yanaşı əziz xalqın, mübariz igidlərin, hərbi təşkilatların, şəhidlərin, İran, Suriya və müqavimətə dəstək verən bütün ölkələrin zəhmətini yüksək dəyərləndiririk.

Müqavimətin işğal altındakı sərhəd məntəqələrinin qalan hissəsini geri alacağını və Livana dəstək üçün əsl sipər olacağını vurğulayan Seyid Həsən Nəsrullah deyib ki, bu gün düşmən siyasətcə, hərbi qüdrət baxımından, milli birlik ruhu cəhətdən 2006-cı illə müqayisədə daha çox zəifdir. Mübarizə və müqavimət xəttimiz isə həmin zamandan daha güclü və dayanıqlıdır" 

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah Pakistan, Suriya və Şirazın Şahçıraq ziyarətgahında baş verən terror hadisələri ilə bağlı başsağlığı verərək öz açıqlamasında bildirib ki, ABŞ İŞİD terror qruplaşmasının bir çox sahədə öz mənfur fəaliyyətlərinin bərpa etməsinin ardıncadır.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-15-2023
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap