header

 Milyarder Corc Sorosun Açıq Cəmiyyət Fondu artıq bütün fəaliyyətini Avropadan kənar ölkələrə təmərküzləşdirmək qərarına bəlib.

 Milyarder Corc Sorosun Açıq Cəmiyyət Fondu artıq bütün fəaliyyətini Avropadan kənar ölkələrə təmərküzləşdirmək qərarına bəlib.

“Azadlıq" radiosunun Macarıstan xidmətinin verdiyi məlumata görə, “Açıq Cəmiyyətin fəaliyyətinin Avropada dayandırılmasına səbəb AB qurumları və hökumətlərinin fondun məşğul olduğu sahələrə külli miqdarda vəsait xərcləmələri olub: “Buna görə də onlar işin daha səmərəli olacağı dünyanın digər hissələrinə diqqət yetirməyə qərar verdilər”, - məlumatda qeyd olunub.

Bildirilib ki, ötən cümə günü Açıq Cəmiyyət Fondundan maliyyə alan bütün Macarıstan təşkilatları fondun Avropa Birliyindəki fəaliyyətini dayandırması və öz resurslarını dünyanın digər hissələrinə köçürməsi barədə məktub aldıqlarını bəyan ediblər.

Beləliklə görünən odur ki, xeyriyyəçilik adı altında əsasən də post sovet respublikalarında məxməli inqilablar yaratmaqda maraqlı olan yəhudi Corc Sorus öz gücünü Avropadan kənara təmərküzləşdirmək qərarına gəlib.

Qeyd edək ki, Corc Soros bir sıra qurumlaın və ölkələrin daxili işlərinə müdaxilə etməkdə günahlandırılır. Bunun ən bariz nümunəsi isə Gürcüstanda Eduard Şevardnadzenin devrilməsi ilə bağlı proseslərdir. Məhz onun gürcü müxalifətinə ayırdığı pulların sayəsində Gürcüstanda narıncı inqilab baş vermiş və prezident E. Şevardnadze hakimiyyətdən uzaqlaşdırılmışdı. Əvvəllər C. Soros bunu inkar etsə də daha sonra başqa bir ölkənin daxili işlərinə müdaxilə etdiyini etiraf etmişdi. Ehtimallara görə, o, bu məqsədlə gürcü müxalifətinə 2,5–3 milyon dollar məbləğində köməklik göstərmişdi.

C. Sorosun "siyasi fəaliyyəti" hətta bir sıra çoxseriyalı bədii televiziya filmlərinə də sıçrayıb. Belə ki, Türkiyənin "Qurdlar Vadisi" teleserialında C. Sorosun Asiya ölkələrində reallaşdırmağa çalışdığı planlardan da bəhs edilir.

Amerikalı maliyyəçi, investor, iş adamı, siyasi fəal və filantrop Corc Soros 1930-cu il avqust ayının 12-də Macarıstanın paytaxtı Budapeşt şəhərində yəhudi ailəsində anadan olub.

"Açıq cəmiyyət" nəzəriyyəsinin tanınmış təmsilçisi, eyni adlı institutun qurucusudur və Açıq Cəmiyyət Fondu vasitəsi ilə ABŞ kəşfiyyatının digər ölkələrin siyasi rejimlərinə qarşı niyyətlərini reallaşdırır.

Azərbaycan Respublikası prezidenti İlham Əliyev də 2015-ci ildə Corc Sorusla görüşmüşdü. Ancaq o sonralar Sorusu və onun yaratdığı fondu Cənubi Qafqaz Respublikaları o cümlədən də Azərbaycan Respublikasında məxməli inqilab yaratmaq cəhdlərində ittiham etdi və Paşinyan hökumətini Sorusun hökuməti adlandırdı. İlham Əliyevə görə qərb qurumları da məhz Corc Sorusa görə Ermənistanda insan haqlarının pozulmasına göz yumurlar.

“Mən Soros deyəndə təkcə Corc Sorosu nəzərdə tutmuram. Bu, bir anlayışdır, bu, bir hərəkətdir, dağıdıcı bir hərəkətdir, yırtıcı bir hərəkətdir, bu, müstəmləkəçi bir hərəkətdir”,- bunu Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci il oktyabrda Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsi zamanı bildirib.

“Azadlıq" radiosunun Macarıstan xidmətinin verdiyi məlumata görə, “Açıq Cəmiyyətin fəaliyyətinin Avropada dayandırılmasına səbəb AB qurumları və hökumətlərinin fondun məşğul olduğu sahələrə külli miqdarda vəsait xərcləmələri olub: “Buna görə də onlar işin daha səmərəli olacağı dünyanın digər hissələrinə diqqət yetirməyə qərar verdilər”, - məlumatda qeyd olunub.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-15-2023
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap