header

 Siyasi şəxsiyyətlər sionist rejimi rədd ediblər

 Siyasi şəxsiyyətlər sionist rejimi rədd ediblər

Dünyanın siyasi şəxsiyyətlərindən yüzlərlə nəfər sionist rejimi rədd edib

Dünya üzrə mədəni və siyasi şəxsiyyətlərdən 1200 nəfərdən çox insan qəsbkar sionist rejimin Fələstin xalqına qarşı cinayətlərini rədd edib.

Əksər hissəsi Amerika, Almaniya və digər Avorpa ölkələrindən olan bu şəxsiyyətlər sionist rejimi irqçi rejim adlandırıblar.

«Fil otaqda!» şüarlı bu beynəlxalq şikayət ərizəsi Qəzzə zolağı və qərb sahilinə qarşı ardıcıl təcavüzlər, həmçinin fələstinlilər əleyhinə gündəlik təcavüzlər və sionistsakinli qəsəbələrin salınması məsələsi barədə mətləblər təqdim etməklə yanaşı, Qəzzə zolağının on yeddi il müddətinə İsrail rejimi tərəfindən blokadaya alınması və onun fəlakətli nəticələri kimi mövzulara nəzər salıb.

Sionist rejimin fələstinlilərə qarşı hərəkətləri aparteidin aşkar nümunələrindəndir.

Aparteid cinayətinin qadağan edilməsi və cəzalandırılması haqqında Beynəlxalq Konvensiyanın ikinci maddəsində deyilir: Aparteid cinayəti, bir irqi qrupun digər bir irqi qrup üzərində hökmranlığının yaradılması və bərqərarı məqsədilə həyata keçirilən və sistematik şəkildə onları zülmə məruz qoyan qeyri-insani hərəkətə deyilir.

Dünyanın siyasi şəxsiyyətlərindən yüzlərlə nəfər sionist rejimi rədd edib
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-15-2023
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap