header

 Son bir əsrdə Amerikada ən ölümcül yanğın baş verib

 Son bir əsrdə Amerikada ən ölümcül yanğın baş verib

Havay-ın Maui adasında baş verən meşə yanğınlarında/ ötən bir əsrdən çox bir müddətdə Amerikada ən ölümcül yanğın rekordu qeydə alınıb.

Hazırda azı səksən doqquz nəfər həyatını itirib.

Havay adalarının qubernatoru- Coş Qrin müxbirlərlə müsahibədə bu rəqəmin artmaqda olduğunu bildirib.

Hal-hazırda rəsmilərin yanğının baş verəcəyi haqda sakinlərə xəbərdarlıq edib-etməmələri barədə tənqidlər yüksəlibdir.

Amerika hökuməti yardım və xilasetmə əməliyyatına daha çox mənbələr ayırıb.

Rəsmi şəxslər/ təlim görmüş itlərdən istifadə ilə/ cəsədlərin kimliklərinin müəyyən edilməsinə çalışırlar. Onlar uçqunlar altında qalmış cəsədlərdən nişanələr ardıncadırlar.

Havay qubernatoru BBC-yə deyibdir ki, rəsmilərin cavab tərzi barədə araşdırma aparmaqdadırlar. O, ölənlərin sayının nəzərəçarpacaq dərəcədə artacağı ehtimalından danışıb.

Sözügdən yanğın, Havay adalarından olan Maui adasında yerləşən Lahayna şəhərində geniş dağıntı törədib.

Maui adasının qərb sahilində yerləşən Lahanya turist şəhərinın küçə və prospektləri hazırda okeanın kənarınadak yanıbdır.

Yanğın təbii otlaqlardan başlanmışdı.

Bir qrup sakin yanğın başlandıqdan sonra dənizə qaçmışdı.

Havay yanğınları ildən-ilə artıb, amma bu dəfə Lahayna şəhərini yerlə yeksan ediblər.

Havay-ın Maui adasında baş verən meşə yanğınlarında/ ötən bir əsrdən çox bir müddətdə Amerikada ən ölümcül yanğın rekordu qeydə alınıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-13-2023
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap