header

 Sionistlərin kəşfiyyat agenturası ifşa olunur

 Sionistlərin kəşfiyyat agenturası ifşa olunur

Türkiyə mediası "Mossad"ın İstanbulda İrana qarşı casusluq fəaliyyətinin yeni təfərrüatlarını açıqlayıb.

Türkiyənin “Star” qəzeti İran firmasını və 23-dən çox İran vətəndaşını dinləyən İsrail kəşfiyyat orqanının üzvlərinin saxlanılması ilə bağlı yeni təfərrüatları dərc edib.

Qəzet yazır: “Bu şəbəkənin əsas agenti olan Səlcuq Küçükkaya İstanbulda Türkiyə kəşfiyyatının keçirdiyi əməliyyat zamanı həbs olunan "Mossad"ın özəl detektivi işləyib”.

Qəzetin yazdığına görə, bu şəbəkənin əsas agenti İran firmasını və 23 İran vətəndaşını dinləyib. Belə ki, Küçükkaya izlədiyi vətəndaşların bank hesabları, ailələrinin xaricə səfərləri və telefon danışıqlarının qeydləri ilə bağlı məlumatları "Mossad"a ötürüb.

Qəzet aydınlaşdırır ki, Türkiyə kəşfiyyatı uzun müddət İsrailin casusluq şəbəkəsini izləyib.

Türkiyə mediası "Mossad"ın İstanbulda İrana qarşı casusluq fəaliyyətinin yeni təfərrüatlarını açıqlayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 08-13-2023
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap