Ərdoğan: Yəməni bu günə salan Səudiyyə əvvəlcə güzgüyə baxsın
Posted on : Türkiyə 10/10/2019
Türkiyənin Suriyanın şimalında PKK/YPG terror təşkilatına qarşı başlatdığı əməliyyata Səudiyyə Ərəbistanı etiraz edib.
FaktXəbər-in məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyənin bu açıqlamasına etiraz edərək, onlara əvvəlcə güzgüyə baxmağı məsləhət bilib:
"Səudiyyə Ərəbistanı güzgüyə baxsın. Yəməni bu hala kimlər gətirdi? Yəmən hazırda nə vəziyyətdədir? On minlərlə insan Yəməndə ölmədimi? Ey Səudiyyə Ərəbistanı, siz əvvəl bunun hesabını verin. Hazırda Yəmən hər şeyə möhtac vəziyyətdədir. Hər tərəfi yerlə yeksan etdiniz. Bunun hesabını verin. Suriyanın birliyi, bərabərliyi üçün atdığımız, terror təşkilatlarına qarşı apardığımız bu mübarizədə siz bizə söz deyə bilməzsiniz, danışmağa haqqınız yoxdur."